Qarabağ Regional Təhsil İdarəsi Bərdə rayonunun Körpüsındıram kəndi ərazisində məskunlaşmış Laçın və Kəlbəcərdən olan məcburi köçkünlərin problemlərini həll edib.
Bu barədə Reportyor.info-ya İdarədən daxil olan məlumatda bildirilir: “Nəzərinizə çatdırırıq ki, Bərdə rayonu Körpüsındıran kəndi ərazisində və Qum-çınqıl karxanasında müvəqqəti məskunlaşmış Laçın və Kəlbəcər rayonlarından olan 22 məcburi köçkün ailəsinin məktəbli övladlarının məktəbə getmələri üçün nəqliyyatla təmin olunmaları barədə Qarabağ Regional Təhsil idarəsinə müraciət edib. Müraciət tərəfimizdən araşdırılıb və həmin ərazinin marşrutla təmin olunması barədə aidiyyəti orqana yazılı müraciət göndərilib. Həmçinin göstərilən ünvana marşrut müəyyən edilənə qədər şagirdlərin məktəbə getmələri üçün tərəfimizdən nəqliyyatla təmin edilib”.
Xatırladaq ki, məcburi köçkünlərin bu problemi Reportyo.info saytında işıqlandırılıb.