26 ildir ki, Azərbaycan Ordusunun qisas və zəfər yürüşünü gözləyən qədim Daşaltı kəndində ermənilər hələlik bildiklərini edirlər. Kəndin evlərində günəş batareyalarının quraşdırılmasına başlanıb.Reportyor.info xəbər verir ki, bu haqda Xankəndidəki separatçı nəşrlər məlumat yayıb.
Ümumerməni “Hayastan” Fondunun Fransa filialının dəstəyi ilə artıq 9 evdə günəş batareyaları işə düşüb. Ümumilikdə 132 ev belə qızdırıcılarla təmin ediləcək. Eyni zamanda kənddəki məktəb, uşaq bağçası və şadlıq evində də belə qızdırıcı sistemlər quraşdırılacaq. Günəş batareyaları Daşaltında yaşayan ermənilərin həyat şəraitinin yaxşılaşdırılmasına və aylıq xərclərinin azaldılmasına xidmət edəcək.


























