Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.
Bu barədə Reportyor.info -ya Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Rəsmi məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Hazırda Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.