21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şuşada son nəfəsinədək əlbəyaxa döyüşən xüsusi təyinatlı şəhidimiz (FOTOLAR)

17 Dekabr 2020, 18:00
Cəmiyyət
A A
Şuşada son nəfəsinədək əlbəyaxa döyüşən xüsusi təyinatlı şəhidimiz (FOTOLAR)

20 yaşlı Xüsusi Təyinatlı hərbçi Rəhimov Yalçın Elçin oğlu 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı, ərazi bütövlüyümüz uğrunda göstərdiyi igidliyi ilə öz adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırdı.
Yalçın Rəhimovun keçdiyi həyat yolu qısa, lakin şərəfli, gələcək nəsillərimizə örnək olacaq, vətənin tarixinə şanlı səhifələr yazmış nadir və yalnız seçilmiş insanların gedə biləcəyi bir yoldur.
Yalçın Rəhimov 2000-ci il iyulun 25-də Ağsu rayonunun Çaparlı kəndində sadə, zəhmətsevər bir ailədə dünyaya göz açıb. Ailənin üçüncü övladı – sonbeşiyi idi. Evdə bir bacı, iki qardaş idilər. Atası Elçin kişinin, anası Dilarə xanımın nümunəvi tərbiyəsi ilə böyümüşdü.
Orta məktəbi Nardaranda oxuyan Yalçın boş vaxtlarında çalışaraq ailəsinə çörəkpulu qazanmağa kömək edərdi. Hələ uşaqlıqdan kikboksinq, güləş və üzgüçülük ilə məşğul olurdu. Kikboksinq üzrə yarışlara qatılıb, “Fəxri Fərman”, “Diplom” və medallara layiq görülüb. Yeniyetməlik dövrünə qədəm qoyanda ən böyük arzusu peşəkar hərbçi olmaq idi.
Yalçın, həyatı çox sevirdi, gülərüz, pozitiv, yaraşıqlı və istiqanlı, bütün qohum-əqrəbanın, qonşuların, dostların sevimlisi, çox mərhəmətli, ailəcanlı, dostcanlı, qohumcanlı, mehriban bir insan idi. O, hamıya əl tutmaqdan xüsusi zövq alar, qohum-qardaş yanında olmaqdan doymaz, yaxşılıq etməkdən yorulmazdı. İnsanlara kömək etməyi sevən Yalçın öz hərbçi maaşı ilə 2020-ci ildə Müqəddəs Qurban bayramı münasibəti ilə ehtiyacı olan beş ailəyə yardım edib. Onda mərdlik, səmimiyyət, qeyrət, ləyaqət, düzgünlük, Vətəninə, bayrağına bağlılıq və əsl kişilərə məxsus digər xüsusiyyətlərin hamısı öz əksini tapmışdı.
2018-ci ilin oktyabr ayında Müdafiə Nazirliyinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yollanır. Həqiqi hərbi xidmət keçərək dövlətinə vətəndaşlıq borcunu şərəflə yerinə yetirdikdən sonra ürəyində sonsuz Vətən eşqi olan Yalçın xidmətini Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) davam etdirir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət nümayiş etdirmək lazımdır. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq özü bir qəhrəmanlıqdır. XTQ-yə seçim ciddi tələblərlə həyata keçirilir. Məlumatlara görə, bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri “Qırmızı beret”in sertifikatın ala bilir. Bu kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac və susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözmək, müxtəlif heyvanların ətini (qurbağa, ilan) yemək öyrədilir.
Yalçın xidməti dövründə bir çox kurslarda və təlimlərdə iştirak edib, dəfələrlə “Fəxri Fərmanlara”, sertifaktlara layiq görülmüşdür. Bütün yarışlarda, əməliyyatlarda hər zaman birinci idi. O, cəsur, fədakar, cəldliyi, çevikliyi ilə seçilən bir hərbçi olub.
Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə atılan qəhrəmanımız  müharibənin ən qızğın döyüşlərində iştirak edib, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda zirehli texnikasını şəxsən məhv edib.
Qarabağ müharibəsinin ən həlledici nöqtələrindən olan Şuşanın işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşdə Yalçın özü yaralansa da, yaralı cəbhə yoldaşlarını döyüş meydanından çıxarıb, ölumün gözünə dik baxaraq  yenidən döyüş meydanına geri dönərkən mühasirəyə düşüb.  Düşmənə təkbaşına meydan oxuyan igid döyüşçü əlbəyaxa döyüşlərdə namərd düşmənin çox sayda canlı qüvvəsini məhv etmişdi. Erməni quldurlarına qarşı üz-üzə, təkbətək  vuruşarkən boyun nahiyəsindən aldığı bıçaq xəsarətindən qələbəyə bir gün qalmış, noyabrın 7-də döyüş meydanında şəhidlik zirvəsinə ucalıb.
O, vətən yolunda ölümün gözünə dik baxaraq, həyatını vətənə qurban verib.
Yalçın Rəhimov 13 noyabr 2020-ci il tarixində Ağsu rayonunun Çaparlı kənd qəbiristanlığında dəfn edilmişdir.
Qardaşı Rasim Rəhimov da könüllü olaraq Vətən müharibəsinə gedib, düşmənə qarşı qəhramancasına döyüşüb.
Artıq Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Buna görə adı Azərbaycanın qəhrəmanlıq tarixinə yazılan Yalçın kimi vətənpərvər, mərd və cəsur qəhrəmanlarımızın xatirəsi heç bir zaman unudulmayacaq, gələcək nəsillərə örnək göstəriləcək. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhidlik zirvəsinə ucalanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.
Müqəddəs İslаm dinimiz şəhidlərə ölü dеyilməsinə izn vеrmir. Bəqərə surəsinin 154-cü аyəsində bеlə buyurulur: “Аllаh yоlundа öldürülən kimsələrə “ölü” dеməyin, əksinə оnlаr diridirlər, lаkin siz bunu аnlаmırsınız”. Şəhidlər əbədiyaşardır.
Qorudun torpaqla daşımı mənim
Silmisən gözümdən yaşımı mənim
Ucaltdın əyilmiş başımı mənim
Nur içində yat Sən Şəhid Qardaşım!
Ruhun şad olsun, Yalçın!
Yalçın qardaşımıza Ulu Tanrıdan rəhmət, ailə üzvlərinə isə, səbir və təmkin diləyirik.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Allah şəhidlərimizə rəhmət eləsin!
Əvvəlki yazı

11 rayonun İcra Hakimiyyətinə pul ayrıldı

Sonrakı yazı

Daha 5 siyasi partiya ofislə təmin olundu (FOTOLAR)

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.