15-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şüşə tavanlar, görünməyən əngəllər

31 Mart 2018, 11:08
Cəmiyyət
A A

Keçmişlə müqayisədə müasir dövrümüzdə qadın liderlərə və rəhbərlərə daha tez-tez rast gəlirik.

Yaşadığımız əsrin tələbi olaraq düşüncə səviyyəsi, sosial-ictimai quruluşun inkişafı, qadınların təhsil səviyyələrinin artması, onların işləmələrini dəstəkləyən həmkarlar ittifaqlarının qurulması və yeni iş sahələrinin yaradılması kimi bir sıra amillər qadınların iş həyatına atılmalarını gündən-günə artırır. Ancaq bütün bu müsbət nailiyyətlərə baxmayaraq, qadınların böyük əksəriyyəti ictimai həyatda olduğu kimi, iş həyatında da bərabərsizlik və ədalətsizliyə məruz qalırlar. Aktiv iş həyatına qatılan qadınların sayı artsa da, onlar hələ də yüksək vəzifələrə sahib olmaqla bağlı bir çox maneələrlə qarşılaşırlar.
Cəmiyyətin bünövrəsi sayıldıqları halda, qadınların cəmiyyətə verdikləri töhfələrə çox vaxt biganə yanaşılır və əhəmiyyət verilmir. Qadınlar diskriminasiyaya məruz qalır, əmək şəraiti, iş tapmaq, işə götürülmək, vəzifədə yüksəlmək, əmək haqqı kimi mövzularda çox çətinliklərlə üzləşirlər.
Şübhəsiz ki, bütün bunların səbəbi qadınların ancaq aşağı səviyyəli vəzifələrdə işləməli olduqlarına dair cəmiyyətdə formalaşan yanlış fikirlərdir. Qadınların idarəçilik kimi güclü şəxsi keyfiyyətlər tələb edən mövqelərə gətirilməsi bəzi təbəqələr tərəfindən doğru qəbul edilmir. Qadınların kişilərə nisbətən daha həssas və gücsüz olduqları, hərəkətlərini ağılla yox, duyğuları ilə idarə etmələri ilə bağlı şablon mühakimələr bu fikrin mənbəyini təşkil edir. Bu yanlış fikirlər qadınların iş həyatında irəli çəkilmələrini çox çətinləşdirir.
Qadınların iş həyatında yüksək mövqelərə gələ bilməmələri “görünməyən” maneələr, “şüşə tavanlar” anlayışı ilə izah edilir. Görünməyən maneələrdir, çünki heç vaxt açıq şəkildə dilə gətirilmir. Yüksək vəzifəyə sahib olmaq istəyən qadın namizədlər vəzifədə irəli çəkilməyi ümid edərkən bilinməyən səbəblərdən sanki şüşədən tavanla qarşı-qarşıya qalırlar. Qanunlar qadın və kişilərə bərabər hüquqlar verdiyi, cinsi ayrı-seçkilik qadağan edildiyi, iş yerlərindəki ayrı-seçkiliyə qarşı tədbirlər alındığı halda, bu dəfə isə şüşə tavanlar qadınların vəzifədə yüksəlmələrinə mane olur.
“Şüşə tavanlar” (“glass ceiling”) anlayışı 1970-ci illərdə ABŞ-da qadınların yüksək rəhbər vəzifələrə gəlməsinə mane olan ön mühakimələri təsvir etmək məqsədilə istifadə edilmiş və 1986-cı ildə “Wall Street Journal” üçün hazırlanan bir xəbərdə dilə gətirilmişdi. Bu anlayış şirkətlərdə, dövlət idarələrində, tədris müəssisələrində və ya qeyri-kommersiya təşkilatlarında yüksək vəzifələrə gəlmək istəyən qadınların qarşılaşdıqları maneələri ifadə edir.
Sosial və iqtisadi ədalətin təsis edilməsi üçün çalışan professor Virciniya E. Şayn (Virginia E. Schein) “rəhbər kişi olar” (think manager, think male) sözü ilə güclü, təşəbbüskar, özünəgüvənən, çətinliklər qarşısında ruhdan düşməyən və sarsılmayan ideal rəhbərin ancaq kişi ola biləcəyi ilə bağlı ictimai fikrə və bununla yanaşı, şüşə tavan sindromuna diqqət çəkənlərdən biridir.

Görünməyən, amma hiss olunan əngəllər bu gün çox az qadın tərəfindən dəf edilir. Əslində, eyni vəziyyət dünyanın hər yerində hakimdir. Ən inkişaf etmiş ölkələrdə belə, S&P 500 (“Standard & Poors 500) siyahısında olan 500 şirkətin idarə heyəti rəhbərlərinin yalnızca 5,2%-i qadınlardan ibarətdir. Bu vəziyyət qadınların kişilərlə bərabər hüquqlarının olmamasının bütün dünyada səssiz şəkildə qəbul edildiyini göstərir.
Halbuki qadınlar incə düşünən, məsuliyyətli, zəkalı və ağıllı varlıqlardır. Hadisələri hərtərəfli görmədə, təfərrüatları düşünmədə kişilərdən üstündürlər. Üzərlərinə götürdükləri işi ən gözəl şəkildə yerinə yetirə, ən düzgün qərarlar qəbul edə, ən gözəl həll yolları, ən ağıllı tədbirlər görə bilərlər. Buna görə də istər sosial həyatda, istərsə də iş həyatında böyük nailiyyətlərə yiyələnə bilərlər. Quranda nümunə göstərilən Səba hökmdarı ən mühüm qərarlar qəbul edən dövlət başçısı idi.

Əlbəttə ki, qadınlar fiziki güc baxımından kişilərdən daha incə varlıqlardır. Ancaq fiziki baxımdan kişilərdən daha gücsüz olmaları ağıl, zəka və qabiliyyətləri ilə bağlı deyil və cəmiyyətdə kişilərdən əsla daha az dəyər görmələrinə səbəb də deyil.

Qadınları iş həyatından uzaq tutmaq cəmiyyətin gələcəyinə böyük zərər verə bilər. Belə ki, iş həyatından uzaq tutulan qadınlar sosial həyatın digər sahələrindən də uzaq qalır və bu da cəmiyyətin inkişaf etməməsinə səbəb olur. Cəmiyyətin inkişaf etməsi və yüksək səviyyəyə çatması qadınların iş bölgüsündə aktiv olmaları, özlərini müstəqil və dəyərli hiss etmələri ilə bağlıdır. Bir cəmiyyətin inkişaf səviyyəsini qadınların o cəmiyyətdə hüquq və azadlıqlara sahib olub-olmaması ilə müəyyən etmək olar. İnkişaf etmiş, ziyalı və mədəni cəmiyyət ola bilmək üçün qadınların cəmiyyətdə ön plana çıxmaları vacib şərtdir.

Cəmiyyət qadına verdiyi dəyər səviyyəsində inkişaf edib güclənər. Qadınlara önəm verilmədiyi, onların təzyiq altına alınıb geri planda tutulduğu bir cəmiyyət güclü ola bilməz. Bu səbəbdən cəmiyyətin yarısını təşkil edən qadınların cəmiyyətə qazandırılması, onların gözəl xüsusiyyətlərindən və qabiliyyətlərindən istifadə edilməsi ən vacib ictimai ehtiyaclardan biridir.

Bu mənada qadınlar ən az kişilər qədər, hətta kişilərdən daha çox hüquq və azadlıqlara sahib olmalıdırlar. Kişilərin qadınlardan üstün olması, qadınların ağlının az olması ilə bağlı fikirlər tamamilə aradan qaldırılmalıdır. İctimai həyatın bütün sahələrində, iş dünyasında, təhsildə, siyasətdə qadınlara üstünlük verilməli, layiq olduqları sevgi və dəyəri görmələri təmin edilməlidir.

Bununla bağlı qadınlara da böyük məsuliyyət düşür. Qadınlar kişilərin hakim olduğu cəmiyyət qaydalarına qarşı səbirlə mübarizə aparmalı, özlərinə qarşı mənfi ön mühakimələri qəbul etməməli və bu ön mühakimələri kökündən sarsıdacaq aktiv işlərdə işləməyə namizəd olmalı, öz üstün xüsusiyyətlərini ortaya çıxarmalıdırlar.

Digər tərəfdən daima özlərini daha da inkişaf etdirməyə həvəsli olmalı, bir-birilərini bu yöndə təşviq etməli və bir araya gəlib bu sahədə mübarizə aparmalıdırlar. Cəmiyyətin geri qalan hissəsi də qadınların bu tələblərini dəstəkləməlidirlər. Unudulmamalıdır ki, sağlam gələcək onların əzm və qətiyyətlərinə bağlıdır.

Adnan Oktar

 

Əvvəlki yazı

Şirvan Milli Parkındakı silahlı insidentin təfərrüatı məlum olub

Sonrakı yazı

31 mart soyqırımının qanlı ideologiyası

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.