Bakıda baş verən yol nəqliyyat hadisəsi sıxlığa səbəb olub.
Reportyor.info xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.
O bildirib ki, hava limanı – Bilgəh yolunda yol nəqliyyat hadisəsi baş verib:
“Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur”.
