Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Bu barədə Reportyor.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkə diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.