Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya yolunun deformasiyaya uğramış hissəsində yenidənqurma işlərinin son tamamlanma mərhələsi davam etməkdədir. Bu da Şabrandan Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin girişinə qədər olan təxminən 70 km yaxın məsafədir. Reportyor.info məlumat verir ki, artıq yolun dağılmış hissəsində əsaslı təmir işləri görülüb, asfaltlanma başlanıb. Həmçinin yol nişanlı, yol göstəriciləri quraşdırılmaqdadır. Artıq yolun yaxın vaxtlarda tam istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda paralel olaraq yeni yolun da tikintisi yekunlaşmaq üzrədir.