Sudanda davam edən daxili qarşıdurmalar səbəbindən evlərini tərk edənlərin sayı günü-gündən artır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) verdiyi bəyanatda, aprelin 15-də başlayan münaqişənin Sudanda 700 mindən çox insanın didərgin düşdüyü bildirilir.
Ötən günlərdə ölkədə didərgin düşən sudanlıların sayının 340 mini keçdiyi, 150 mindən çox insanın sərhədi keçdiyi və bu rəqəmlərin daha da arta biləcəyi bildirilib.
NƏ OLUB?
Aprelin 15-də Sudanda Suverenlik Şurasının prezidenti general Əbdül Fəttah əl-Burhanın rəhbərlik etdiyi ordu ilə şuranın vitse-prezidenti, general Məhəmməd Həmdan Daqalonun rəhbərlik etdiyi Sürətli Dəstək Qüvvələri (RSF) arasında toqquşmalar baş verib. Əl-Burhan üsyançılarla mübarizə aparmaq üçün yaradılan RSF-nin müstəqil bir qüvvə kimi fəaliyyət göstərməməsi üçün orduya qoşulmalı olduğunu bildirir, Daqalo isə bunun mülki administrasiya ilə edilməli olduğunu müdafiə edir. Sudandakı daxili qarşıdurmalarda verilən son açıqlamada can itkisinin 550-yə, yaralıların sayının isə 4 min 926-ya çatdığı bildirilir.