Cənubi Asiya ölkəsinin Tailand təqviminə görə yeni ilin başlanğıcı sayılan və məhsuldarlığı simvolizə edən su festivalı (Songkran) qeyd etmələri zamanı qorxu anlar yaşanıb.
Keçən aprelin 18-də Pattayanın məşhur əyləncə mərkəzində Walking Street-də baş verən hadisədə Mustafa adlı 28 yaşlı Türkiyə vətəndaşı ona su atan şəxsə başıyla zərbə endirib. Aldığı zərbə nəticəsində yerə yıxılaraq komaya düşən 61 yaşlı kişinin həyati təhlükəsi hələ də davam edir.
Hadisədən sonra açıqlama verən Pattaya polis rəisi Sompong Poethi həmin şəxsin nəzarətə alındığını və istintaq başladıldığını bildirib. Sompong əlavə edib ki, hadisənin baş verdiyi ərazi su festivalı zamanı “su döyüşü hadisəsi ərazisi” kimi istifadə edilib.