Şənbə, İyun 10, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Manşet

Strateji rəqabətin “qaynar nöqtəsi”:SƏUDİLƏR “İRAQ KÖKƏSİ”Nİ İRANLILARIN ƏLİNDƏN QAPMAQ İSTƏYİR

09 May 2019, 22:34
in Manşet
Strateji rəqabətin “qaynar nöqtəsi”:SƏUDİLƏR “İRAQ KÖKƏSİ”Nİ İRANLILARIN ƏLİNDƏN QAPMAQ İSTƏYİR

Abbas Əli Lavati, Donna Əbu-Nəsr

“Bloomberg”, 09.05.2019

 

Səudiyyə Ərəbistanı ilə İraq arasındakı sərhəd qum xəttidir və son 30 ildə Yaxın Şərqin qeyri-sabitliyi haqqında çox şey söyləyir.

Səddam Hüseynin Küveyti işğal etməsindən, Körfəz müharibəsindən sonra, 1990-cı illərdə o bağlanıb. Səudilər 2006-cı ildə məzhəbi şiddətin artmasına görə sərhəddə 7 milyard dollarlıq divar hörmək istəyiblər. İŞİD-in yüksəlişi səltənəti 900 kilometrlik sərhədi gücləndirməyə vadar edib.

Ekstremist döyüşçülər İraqdan çıxarılandan Səudiyyə Ərəbistanı bu bölgədə ticarəti yaxşılaşdırmaq üçün quru keçidi yenidən açmağa hazırlaşır. Krallıq şiə düşməninin təsirini məhdudlaşdırmaq üçün İraqı özünə müttəfiq təyin edib.

Səudilər diplomatik və maliyyə əzələlərini hərəkətə gətirir. Nazirlik və biznes nümayəndə heyəti keçən ay İraqı ziyarət edərək, inkişaf layihələrinə 1 milyard dollar sərmayə qoymağı və Bağdadda konsulluq açmağı vəd edib. Səudiyyə Ərəbistanı, həmçinin bir stadion və hökumətin dəstəklədiyi yayım qurğusu qurma təklifi ilə yumşaq güc taktikasından da yararlanıb. MBS bu yaxınlarda İraq üçün xüsusi TV kanalının açılacağını elan edib. Səltənətdəki din adamları da şiələr əleyhinə ifadələrini yumşaldıblar.

Səudiyyə Ərəbistanı Şurasının Xarici Əlaqələr Komitəsinin üzvü İbrahim əl-Nahasın fikrincə, Səudiyyə Ərəbistanının məqsədi Bağdadda hakimiyyəti İranın maliyyələşdirdiyi könüllü hərbi qurumlardan qorumaq və onun Ərəb Dünyasına qayıdışını dəstətləkləməkdir.

Əl-Nahas ötən həftə Riyadda verdiyi müsahibəsində deyib: “Biz İraqın güclü ölkə olmasını istəyirik. Səudiyyə Ərəbistanının İraqla yaxınlaşması İranın İraqdakı və bütün bölgədəki təsirini azaldacaq”.

ABŞ-ın 2003-cü ildəki işğalından və şiələrin hakimiyyətə gəlməindən sonra İraqda qeyri-ərəb İran üstünlük təşkil edib. Səudiyyə Ərəbistanı artıq İraqı Tehranın nəzarətində olan kukla dövləti deyil, İrana potensial rəqib olaraq qiymətləndirir. O göstərmək istəyir ki, problemi şiələrlə deyil, Ərəb Dünyasına müdaxilə etdiyinə inandığı İrandır.

Cənubda, Yəməndə Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman İranın dəstəklədiyi üsyançılara qarşı fəlakətli hərbi kampaniyası aparır. Bu və köşə yazarı Camal Xaşuqcinin öldürülməsi qərbli müttəfiqlər tərəfindən qınanıb.

Qırmızı dənizdə, Qərb cəbhəsində, Sudanda səudilər İranla müttəfiq rejimi təqib ediblər. Krallıq və Birləşmiş Ərəb Əmirliklərinin ən yaxın müttəfiqi, keçən ay devrilmiş diktator Ömər əl-Bəşirdən sonra Afrika ölkəsi üçün 3 milyard dollarlıq iqtisadi dəstək paketi ayırılıb.

Sünni Ərəb Dünyasında ən böyük şiə əhalisi olan İraq Səudiyyə Ərəbistanına ehtiyaclıdır, çünki rəsmi Bağdad iki gücdən də faydalanmağa çalışır.

İraq baş naziri Adil Əbdülmehdi ötən ay Riyadda rəsmi səfərdə olub və 13 razılaşma imzalayıb. Səudiyyə Ərəbistanı qonşusunun iqtisadiyyatına 1 milyard dollar nəql etməyi vəd edib. İki ölkə 2017-ci ilin oktyabrında başlayan və bu ilin oktyabr ayına planlaşdırılan Arar keçid məntəqəsinin yenidən açılması ilə diplomatik kulminasiyaya çatmaq istəyir.

Əbdülmehdi səfərdən əvvəl deyib: “Biz Krallıqla əlaqələrdə böyük dönüşə şahid oluruq”. İraq Ticarət Nazirliyinin sözçüsü Məhəmməd Hanun isə bildirib ki, Səudiyyə İŞİD-in məğlubiyyətindən sonra ölkəni yenidən qurmağı, enerji və əkinçilik təcrübəsini İraqda inkişaf etdirməyə kömək edə bilər. “Qapı geniş açıqdır”.

Səudiyyənin pula sahib olmasına baxmayaraq, İranın mövcudluğunu azaltmaq çətindir. Doğrudur, hələ də İraqda yerləşdirilən heyəti ilə ABŞ-dan da dəstək var.

Dövlət katibi Mayk Pompeo İraq liderlərini İranlı qüvvələrdən və onunla müttəfiqlikdən çəkinməyə çağırmaq üçün Bağdada qəfil səfər edib. Vaşinqton nüvə sazişindən çıxdıqdan sonra İran əleyhinə sanksiyaları artırıb. Tehran hökuməti bildirib ki, 60 gün ərzində Avropanın bir yol tapa bilməyəcəyi təqdirdə, uranı zənginləşdirməni yenidən bərpa edəcək.

Sinqapurdakı Beynəlxalq Araşdırmalar Məktəbi və onun Yaxın Şərq İnstitutunun baş elmi işçisi Ceyms Dorsinin sözlərinə görə, Səudiyyə Ərəbistanı İraqda “nisbətən uğurlu olub”. “Ancaq vədləri yerinə yetirmək vəzinə, iranlılardan fərqli olaraq, bunu etmək üçün pulları olduğunu göstərməlidirlər”.

Həqiqətən, İraq iqtisadiyyatından siyasətə və güclü şiə milislərinə qədər İranın nüfuzu böyükdür.

İslam Respublikası 2017-ci ildə İraqa 1,66 milyard dollarlıq pomidor məhsulu ixrac edib və donuz yağından tutmuş insan saçına qədər ölkənin ən böyük idxal qaynağıdır.

2016-cı ildə ərəb ölkəsinin beşinci ən böyük qeyri-neft ixracatçısı olan İran 2017-ci ildə Çini də idxalda ötüb keçib. İraq süpermarketlərinin rəfləri ucuz Türkiyə və İran məhsulları ilə dolub-daşır.

Əl-Nahas deyib ki, krallıq 2006-2014-cü illər arasında hakimiyyətdə olmuş keçmiş İraq baş naziri Nuri əl-Maliki ilə yola çıxmağa çalışıb, amma bu heç bir fayda verməyib. “O, İraqın İranın bir hissəsi olması üçün çalışırdı”.

ABŞ, İrandan təbii qaz və elektrik enerjisini almamaq üçün İraqı küncə sıxarkən, prezident Həsən Ruhani Amerika sanksiyalarının təsirini azaltmaq üçün daha çox satış etmək istəyir. Ruhani mart ayında Bağdada üçgünlük səfəri zamanı deyib: “İraqda olma öz ölkəmdə olma kimidir. Bu zəiflədilə biləcək əlaqə deyil və biz onu daha da gücləndirməyə hazırıq”.

İki ölkə arasında nəqliyyat və ticarət müqavilələri imzalanıb, viza ödənişləri ləğv edilib. Ruhani qarşılıqlı ticarəti 12 milyard dollardan 20 milyard dollara artırmağı planladığını açıqlayıb.

“Əl-Ərəbiyyə” xəbər saytının baş redaktoru Məhəmməd əl-Yəhya bildirib: “Riyadda İraqın İranla münasibətləri kəsəcəyini düşünmürlər”.

Tərcümə: Strateq.az

ShareSendTweetShare
Previous Post

DOLLAR ÜÇQAT TƏZYİQƏ DÖZMƏYƏRƏK ÇÖKƏCƏK! – Məzənnəsi ən azı 30 faiz enəcək

Next Post

Rəsmi Bakıdan Paşinyanın Qarabağa səfərinə reaksiya:”Öz əhalisini aldatmağa son qoymalıdır”

Related Posts

Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq – SƏRƏNCAM
Manşet

Azərbaycanda uşaqlarla bağlı yeni qanun hazırlanacaq – SƏRƏNCAM

by reportyor info
09 İyun 2023, 16:25
Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında
İqtisadiyyat

Ramiz Mehdiyevin xanımının şirkəti yenidən məhkəmə qarşısında

by reportyor info
09 İyun 2023, 15:51
Baş prokuror Hacıqabulda vətəndaşları qəbul etdi – FOTOLAR
Cəmiyyət

Baş prokuror Hacıqabulda vətəndaşları qəbul etdi – FOTOLAR

by reportyor info
09 İyun 2023, 15:34
Ərdoğan bu tarixdə Azərbaycana gəlir
Manşet

Ərdoğan bu tarixdə Azərbaycana gəlir

by reportyor info
09 İyun 2023, 14:32
Prezident Ələt Azad İqtisadi Zonasının I mərhələsinin açılışında (FOTOLAR)
Cəmiyyət

Prezident Ələt Azad İqtisadi Zonasının I mərhələsinin açılışında (FOTOLAR)

by reportyor info
09 İyun 2023, 14:19

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Rusiya ordusu Odessanı vurdu: 3 ölü, 27 yaralı

Rusiya ordusu Odessanı vurdu: 3 ölü, 27 yaralı

10 İyun 2023, 18:15
Qreyderə lazım olan ehtiyyat hissələri alınacaq

Aralıq dənizində 25 nəfərin olduğu qayıq qəza siqnalı verib

10 İyun 2023, 17:53
Fənərbaxçanın düşərgə heyəti açıqlandı!  Linkoln və Altay Bayındır sürprizi - Fənərbaxça

Fənərbaxçanın düşərgə heyəti açıqlandı! Linkoln və Altay Bayındır sürprizi – Fənərbaxça

10 İyun 2023, 17:19
İslandiyanın diplomatik əlaqələri kəsməsindən sonra Rusiyadan açıqlama

İslandiyanın diplomatik əlaqələri kəsməsindən sonra Rusiyadan açıqlama

10 İyun 2023, 17:11
Roma İkardidən imtina etdi!  Yeni qol Gianluca Scamacca - Futbol

Roma İkardidən imtina etdi! Yeni qol Gianluca Scamacca – Futbol

10 İyun 2023, 16:28
Qutudan kənar təhlil: Nə Brüssel, nə də Vaşinqton... Aydın qalib Ərdoğandır!

Qutudan kənar təhlil: Nə Brüssel, nə də Vaşinqton… Aydın qalib Ərdoğandır!

10 İyun 2023, 16:28
Qazaxıstandakı yanğın zonasına gücləndirici dəstə və əsgərlər göndərilib

Qazaxıstandakı yanğın zonasına gücləndirici dəstə və əsgərlər göndərilib

10 İyun 2023, 16:07
Somalidə otelə hücum nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb

Somalidə otelə hücum nəticəsində 9 nəfər ölüb, 10 nəfər yaralanıb

10 İyun 2023, 15:45
Nenad Bjelica: "Trabzonspor"dan heç bir qorxum yoxdur

Nenad Bjelica: “Trabzonspor”dan heç bir qorxum yoxdur

10 İyun 2023, 15:17
İtaliya elan etdi: Əməliyyat başa çatdı, türk gəmisinə hücum edən dəniz quldurları tutuldu

İtaliya elan etdi: Əməliyyat başa çatdı, türk gəmisinə hücum edən dəniz quldurları tutuldu

10 İyun 2023, 15:03
Boris Conson parlamentdən istefa verib

Boris Conson parlamentdən istefa verib

10 İyun 2023, 14:41
Prezidentin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib – FOTO

Prezidentin tapşırığı ilə SOCAR Ukraynaya 20 ton yanacaq verib – FOTO

10 İyun 2023, 14:27
Azərbaycanda hərbçi vəfat etdi – FOTO

Azərbaycanda hərbçi vəfat etdi – FOTO

10 İyun 2023, 14:25
Kəbənin örtüyü 3 metr qaldırıldı

Kəbənin örtüyü 3 metr qaldırıldı

10 İyun 2023, 14:20
Livakoviçdən transfer cavabı!  Xorvatiyalı qapıçı qərarını verir - "Fənərbaxça"

Livakoviçdən transfer cavabı! Xorvatiyalı qapıçı qərarını verir – “Fənərbaxça”

10 İyun 2023, 14:20
İspaniyada keçirilən beynəlxalq zirvədə İstanbul damğası

İspaniyada keçirilən beynəlxalq zirvədə İstanbul damğası

10 İyun 2023, 14:00
Təyyarəsi qəzaya uğrayan 4 uşaq 40 gündən sonra meşədə sağ tapıldı!  Dünyanın danışdığı möcüzə...

Təyyarəsi qəzaya uğrayan 4 uşaq 40 gündən sonra meşədə sağ tapıldı! Dünyanın danışdığı möcüzə…

10 İyun 2023, 13:16
"Qalatasaray"da seçki müddəti 2 ilə endirildi - "Qalatasaray"

“Qalatasaray”da seçki müddəti 2 ilə endirildi – “Qalatasaray”

10 İyun 2023, 12:48
Yaponiyada iki sərnişin təyyarəsi bir-birinə toxundu, uçuş-enmə zolağı bağlandı

Yaponiyada iki sərnişin təyyarəsi bir-birinə toxundu, uçuş-enmə zolağı bağlandı

10 İyun 2023, 12:33
Ukraynalı boksçu daşqın zonasında heyvanları və qocaları xilas edir

Ukraynalı boksçu daşqın zonasında heyvanları və qocaları xilas edir

10 İyun 2023, 12:12
Türk ABŞ-ı aldadır!  ABŞ ordusuna saxta məhsullar satan dövlət qurumları, 100 milyon dollar gəlir əldə etdi

Türk ABŞ-ı aldadır! ABŞ ordusuna saxta məhsullar satan dövlət qurumları, 100 milyon dollar gəlir əldə etdi

10 İyun 2023, 11:29
Beşiktaşda Kondogbia inkişafı!  Budur Atletico Madridin istədiyi ifadə - Beşiktaş

Beşiktaşda Kondogbia inkişafı! Budur Atletico Madridin istədiyi ifadə – Beşiktaş

10 İyun 2023, 11:01
Sabirabadda 48 yaşlı kişinin asılmış meyiti taılıb

Sabirabadda 48 yaşlı kişinin asılmış meyiti taılıb

10 İyun 2023, 10:33
Soyuq müharibə illərini xatırladan iddia: Kubadakı Çin casusluq mərkəzi

Soyuq müharibə illərini xatırladan iddia: Kubadakı Çin casusluq mərkəzi

10 İyun 2023, 10:25
Ermənistanda əsir saxlanılan Hüseynin yeni FOTOSU

Ermənistanda əsir saxlanılan Hüseynin yeni FOTOSU

10 İyun 2023, 10:04
Ukraynada daşqınlar nüvə riskini artırır: Elektrik stansiyasına bir neçə ay qalıb

Ukraynada daşqınlar nüvə riskini artırır: Elektrik stansiyasına bir neçə ay qalıb

10 İyun 2023, 10:04
Daşkəsən, Xocalı və Şuşadakı mövqelərimiz atəşə tutuldu

Daşkəsən, Xocalı və Şuşadakı mövqelərimiz atəşə tutuldu

10 İyun 2023, 10:01
Məxfi sənədlər ortaya çıxdı: Şahzadə Salman ABŞ-a çox qəzəbli idi

Məxfi sənədlər ortaya çıxdı: Şahzadə Salman ABŞ-a çox qəzəbli idi

10 İyun 2023, 09:43
Bir qaçqın 20 min avrodur.

Bir qaçqın 20 min avrodur.

10 İyun 2023, 09:21
Trampın məhkəmə ilə məhkəməsi bitmir: Nüvə sənədi ilə özünü nümayiş etdirdi

Trampın məhkəmə ilə məhkəməsi bitmir: Nüvə sənədi ilə özünü nümayiş etdirdi

10 İyun 2023, 09:00

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • Maraqlı
  • Özəl
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930  
« May    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Maraqlı
  • Əlaqə

© 2022 Reportyor.info