Stoltenberq sosial media hesabında Belçikadakı görüşlə bağlı bunları deyib: “Vilnüsdə keçiriləcək NATO Sammitinə hazırlıq üçün ən yeni müttəfiqimiz Finlandiyanın baş naziri Sanna Marin ilə görüşmək əladır. Biz bir addım irəli atmağı və çoxillik dəstək paketi ilə Ukrayna üçün müdafiəmizi gücləndirməyi planlaşdırırıq. Biz həmçinin İsveçi ən qısa zamanda NATO-nun tam müttəfiqi kimi qəbul etməyi səbirsizliklə gözləyirik”.
Finlandiya hökumətindən əvvəlki açıqlamada Baş nazir Marinin mükafatlandırma mərasimi çərçivəsində Belçikanın paytaxtı Brüsselə səfər edəcəyi, Qadın Siyasi Liderlər Pioner Mükafatını alacağı və Belçika Parlamentində çıxış edəcəyi bildirilmişdi. Baş nazir Marinin proqramına NATO-nun baş katibi Yens Stoltenberqlə ikitərəfli görüşün, həmçinin Belçika parlamentində keçiriləcək tədbirin də daxil olacağı bildirilib.




















