Norveçin paytaxtı Osloda Müttəfiq ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısından əvvəl Kosovo ilə bağlı alınan qərarları mətbuata açıqlayan Stoltenberq, “NATO qüvvələri KFOR Kosovoda bütün vətəndaşlar üçün təhlükəsiz mühit təmin etmək üçün lazım olan bütün tədbirləri görəcək. Biz Birləşmiş Millətlər Təşkilatının mandatlarına uyğun olaraq qərəzsiz hərəkət etməyə davam edəcəyik. Biz Qərbi Balkanlar üçün Əməliyyat Ehtiyat Qüvvələrindən daha 700 əsgər göndərmək qərarına gəldik. Biz əlavə ehtiyat qüvvə batalyonunu da hazır vəziyyətə gətirmişik ki, ehtiyac yaranarsa, onlar yerləşdirilsin. “Bunlar KFOR-un öz missiyasını yerinə yetirmək üçün lazım olan güc və imkanlara malik olmasını təmin etmək üçün ehtiyatlı addımlardır”.