15-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
Gündəm, Cəmiyyət
A A
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT
1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlunun yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişməsi barədə xəbər verilib.

Mərhumun anası Afayət Süleymanova Musavat.com-la əlaqə saxlayaraq hadisənin təfərrüatı barədə danışıb.

Onun sözlərinə görə, oğlu Ceyhun Süleymanov babasildən əziyyət çəkdiyi üçün “Stimul” klinikasına müraciət edib. Orada həkim Ləman Xasıyevanın qəbulunda olub.

“Müayinə üçün “Stimul”a getmişdi. Ordan mənə zəng etdi. Dedi ki, təzyiqi olduğu üçün həkim ona iynə vurmağı təklif edib. İynəni də Ceyhun özü alıb gətirib. “Stimul”da iynəni vurduqdan sonra Ləman Xasıyeva oğluma deyib ki, burada narkoz yoxdur. Ona görə də Ceyhundan “Medilife” klinikasına getməsini istəyib. Ceyhun gedəndən sonra Ləman Xasıyeva da ora gəlib. Yolda Ceyhun mənimlə yenə danışdı”, – deyə mərhumun anası qeyd edib.

Afayət Süleymanova deyib ki, oğlu “Medilife” klinikasında olan zaman onunla yenidən əlaqə saxlayıb və yaxşı olduğunu bildirib: “Mənə dedi ki, 3-4 dəfə bağırsaqlarını yuyublar və hər şey qaydasında olub. Deyirdi ki, mama, çox rahatlamışam. Hətta klinikada olanda video da çəkmişdi. Ayaq üstə dayanıb, sağlam, özündə olan adam. Bir saat içində nə ola bilərdi?”

Ailəsi sonuncu danışıqdan sonra Ceyhun Süleymanovdan xəbər ala bilməyib. Bir neçə saat sonra onlara zəng edərək Ceyhunun dünyasını dəyişdiyini deyiblər: “Mən xəstə adamam. Ona görə də mənə bu barədə heç nə deməyiblər. Klinikada olanda Ceyhunun yanında iş yoldaşının oğlu olub. Onun sözlərinə görə, birdən həkimlər koridorda qaçmağa başlayıb. O da nə baş verdiyini soruşanda deyiblər ki, xəstəni ayılda bilmirik.

Hadisəni biləndən sonra kürəkənim və Ceyhunun əmisi oğlanları klinikaya gediblər. Görüblər ki, mərhumu palataya uzadıblar. Yanında da heç kim olmayıb. Oradan Sabunçuya, morqa aparıblar”.

Afayət Süleymanova bildirib ki, oğlunun ölümündən sonra nə həkim, nə də klinikadan kimsə onlara məlumat verib. Sadəcə, polisdə olan zaman həkim Ləman Xasıyevanın dediyi ilk məlumatdan xəbər tutublar.

“Müstəntiq bizə dedi ki, həkim Ləman Xasıyevadan izahat alıblar. Həkim izahatında deyib ki, Ceyhuna kofein vurublar. Deyiblər ki, təzyiqi düşüb. Oğlum özündə olub. Yaxşı, təzyiqi düşmüşdüsə, niyə müayinə edib bilməyiblər? İndi oğlumun ölümündən sonra deyirlər ki, təzyiqi düşüb. Ceyhuna iynə də aldırıblar. Sonra da həmin iynəni vurublar. Buradan aydın olur ki, həqiqəti demirlər. Nəyisə gizlədirlər. Sağlam adamın birdən-birə təzyiqi niyə düşdü?

İndi biz bilmirik ki, oğluma nə vurublar, nə ediblər. Bundan sonra da ayılmayıb. Ətraflı heç nə bilmirik. Ekspertizanın cavabının bir ay sonra çıxacağı deyilir. Ceyhunun ölümünə səbəb olanların layiqli cəza almasını, işin ədalətli araşdırılmasını tələb edirik. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyik”, – deyə A.Süleymanova açıqlamasına əlavə edib.

Qeyd edək ki, mərhumun iki övladı olub.

Klinikadan Musavat.com-a bildirilib ki, hazırda mövzu ilə bağlı sualları cavablandıracaq məsul şəxs yoxdur.

Xatırladaq ki, ötən il jurnalist Fərahim İlqaroğlu anası Bahar Qasımovanın “Stimul Hospital”da sistem köçürüldükdən sonra dünyasını dəyişdiyini bildirib.

Əvvəlki yazı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

Sonrakı yazı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

14 Avqust 2025, 11:55
Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

Qarabağda mehmanxana və otel tipli obyektlərin sayı 29 %-ə yaxın artıb

14 Avqust 2025, 11:51
Zelenski bu gün Starmerlə görüşəcək

Zelenski bu gün Starmerlə görüşəcək

14 Avqust 2025, 11:46
Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

Zaur Mikayılov “Embawood”dan 219 minlik mebel sifariş etdi

14 Avqust 2025, 11:41
İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

İlkin səhiyyə xidməti ilə bağlı yeni konsepsiya təsdiqləndi

14 Avqust 2025, 11:34
DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

DİN BNMİ-nin əməliyyatı: 15 kilo narkotik aşkarlanıb, həbs olunanlar var – FOTO

14 Avqust 2025, 11:00
Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

Pakistanda hərbçilərimizi Azərbaycan dilində salamladılar – Video

14 Avqust 2025, 10:54
Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Azərbaycanlı şair Kəramətin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA

14 Avqust 2025, 10:53
Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı məlum olub – RƏSMİ

14 Avqust 2025, 10:47
Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

Masallıda sürücü narkotik vasitənin təsiri altında sərnişindaşıdığı üçün həbs edilib

14 Avqust 2025, 10:45
Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

Viləşçay su anbarının qanunsuz zəbt edilməsi aşkar edildi

12 Avqust 2025, 15:31
Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

Röyanın keçmiş həyat yoldaşı “Çudo Peçkan”ın fəaliyyətini bərpa etmək istəyir

12 Avqust 2025, 14:56
Saleh Məmmədov idarə rəisini işdən çıxardı

Saleh Məmmədov idarə rəisini işdən çıxardı

12 Avqust 2025, 14:15
Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

Təhlükə yaradan “Ford” sürücüsü postda saxlanıldı – Video

12 Avqust 2025, 14:03
Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

Arzu Nağıyev: ”Azərbaycan və ABŞ arasında münasibətlərin möhkəmlənməsi bu prosesə müsbət təsir göstərdi”

12 Avqust 2025, 14:01
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi

12 Avqust 2025, 13:55
“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

“20 Yanvar” keçidinin qaranlıq taleyi – xaotik ticarət, ləğv edilən müqavilə, ümidsiz satıcılar

12 Avqust 2025, 13:41
Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

Zəngəzur dəhlizinin əsas qapılarından biri bu kənddən keçəcək – Video

12 Avqust 2025, 13:39

12 Avqust 2025, 13:38
“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

“Sürət həddini aşmamışam, yaşıl işıqda öz yolumla getmişəm” – Aytən Səfərova

12 Avqust 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.