Bakıda fəaliyyət göstərən özəl klinikada ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə “Stimul Hospital”da qeydə alınıb.
Klinikaya gələn 1992-ci il təvəllüdlü Aytən Fəxrəddin qızı Cabbarlı orada ölüb.
A.Cabbarlının ölüm səbəbi hələlik açıqlanmır.
Baş vermiş ölüm faktı prokurorluq tərəfindən araşdırılır. Özəl xəstəxana isə xəbəri təkzib edib. “Stimul Hospital”dan Oxu.az-a bildirilib ki, orada belə bir hadisə baş verməyib.