20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Stimul Hospital” məni şikəst edib” – Şikayət

05 Sentyabr 2020, 12:18
Seçmə, Banner
A A
“Stimul Hospital” məni şikəst edib” – Şikayət

“Bir ilə qədər müalicə aldığım “Stimul Hospital” məni şikəst edib. Müalicəmin 3-cü ayından etibarən çəkim 30 kilo artdı, piy qatları anormal şəkildə bədənimin yuxarı nahiyəsinə toplanmağa başladı və əcaib görünüş aldım. Saçlarım qısa müddətdə alopesiya formasında tökülməyə başladı. Ağır depressiya yaşayıram, evdən bayıra çıxa bimirəm”.

Reportyor.info xəbər verir ki, bu şikayətlə Bakı sakini Səbinə Axundova müraciət edib. Onun sözlərinə görə, klinikaya 2016-cı ildə saç tökülməsi ilə bağlı müraciət edib.

Endokrinoloq Amaliya Əmirova tərəfindən qəbul olunub və həkim ona “zəhərli zob” diaqnozu qoyaraq müalicəyə başlayıb. Lakin pasiyent iddia edir ki, nəinki problemi həll olunub, hətta əlavə xəstəliklər də qazanıb:

“Qəbul etdiyim dərmanlar sırasında ağır hormonal dərman olan “Tirozol” da var idi. Bu dərmanı atdığım ilk həftədən dadbilmə hissiyatımı itirdim, dilimin üst hissəsi qaraldı. Sinir sistemim gərgin vəziyyətdə idi, elə olurdu ki, iki-üç gecə yuxusuz qalırdım.

Tez-tez huşumu itirirdim, ürəkbulanma və qusmadan əziyyət çəkirdim. Bütün bədənim, saçımın dərisi yağlanmağa başladı, hər iki saatdan bir duş qəbul etmək məcburiyyətində idim.

Gecələr məndə boğulmalar olurdu və polikistozdan əziyyət çəkməyə başlamışdım. Bədənim tamamilə tüklənmişdi, özümü tanıya bilmirdim. Göz yaşları içərisində həkimə zəng edib artıq dözə bilmədiyimi dedim.

Həkim isə cavab verdi ki, bütün bunlar keçəcək, saçlarım bərpa olunacaq, nə yaxşı ki, vaxtında müalicəyə başlamışam. Həmin vaxt işlə əlaqədar məni Çeçenistan Prezidenti Ramzan Kadırov Qroznı şəhərinə dəvət etsə də, endokrinoloqun sayəsində yataq xəstəsinə çevrildiyimdən belə bir şansı da qaçırmalı oldum”, – şikayətçi “qafqazinfo”ya deyib.

Şikayətçinin sözlərinə görə, endokrinoloq onun vəziyyətini görüb bu dəfə klinikanın trixoloqu Şəfa Əliyevaya yönləndirib. S. Axundovanın iddiasına əsasən, təyin olunan bahalı liftinq və mezoterapiya prosedurları ilə birlikdə ona dəyən maddi ziyan 10 min manatı keçib.

Şikayətçi deyir ki, Gürcüstana gedəndən sonra ona yanlış diaqnoz qoyulduğu və müalicə aldığı deyilib:

“Məlum oldu ki, məndə heç vaxt endokrinoloji problem olmayıb və indiyə qədər səhv müalicə olunmuşam. Bunun rəsmi sübutu kimi sonsuz sayda analiz və resept siyahısı, həmçinin Respublika Endokrinoloji Mərkəzinin komisyon ekspertizasının rəyi var”.

İki azyaşlı uşaq anası olan pasiyent şikayətlə bağlı klinika rəhbərliyinə müraciət edib:

“Əvvəlcə dəyən maddi və mənəvi ziyanın klinika tərəfindən ödəniləcəyini bildiriblər. Lakin bu günə qədər nəinki ödəniş olunmayıb, heç üzr də istəməyiblər”.

Bundan sonra şikayətçi məhkəməyə üz tutub. O, səhv diaqnoz və yanlış müalicə iddiası ilə həkim Amaliya Əmirovanı məhkəməyə verib. Sentyabrın 1-də Sabunçu Rayon Məkhəməsində ilkin məhkəmə iclası keçirilib. Növbəti məhkəmə iclası isə sentyabrın 16-a təyin olunub. Həmçinin iddiaçı tərəf pullu ekspertiza təyini üçün vəsatət qaldırıb və təmin olunub.

Klinika ilə bağlı səslənən ittihamlara cavab almaq üçün “Stimul Hospital”a zəng edilsə də, cavab verilməyib. Klinikadan bildirilib ki, yanlış diaqnoz qoymaqda ittiham olunan həkim hazırda xəstəxanada deyil:

“Bizim bu barədə danışmağa səlahiyyətimiz yoxdur, özünü tapıb danışa bilərsiniz. Hazırda həmin həkim burada yoxdur. Karantinlə əlaqədar işçilərimizin çoxu işləmir”.

Əvvəlki yazı

Bu gün millimiz Lüksemburqu qonaq edir…

Sonrakı yazı

Cazibədar Gülşən: “Sevgilim ən yalançı adamı idi” – Foto

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.