Spor Toto 1-ci Liqada adi mövsüm tamamlanarkən, Super Liqaya yüksələn komandalar Samsunspor və Çaykur Rizəspor olub. Superliqaya vəsiqə qazanacaq 3-cü komanda isə pley-off mərhələsinə görə müəyyənləşəcək. Sabah 1-ci Liqada pley-off mərhələsinin həyəcanı başlayacaq. Matçlar bir oyun üzərində oynanılacaq. 90 dəqiqənin sonunda bərabərlik pozulmazsa, əlavə vaxt çağırılacaq. Burada da bərabərlik pozulmazsa, növbəti mərhələyə adlayacaq komandanı penaltilər müəyyən edəcək. Qarşılaşmalar liqanı birinci pillədə başa vuran komandaların meydanında keçiriləcək.
class=”medianet-inline-adv”>
Liqanı 3-cü pillədə başa vuran “Pendikspor” birbaşa finalda yer alacaq. “Bodrumspor” “Göztepe”, “Sakaryaspor” isə “Eyüpspor”la qarşılaşacaq.
Spor Toto 1-ci Liqa Play-Off 1-ci Turun təqvimi belədir:
17.00 Bodrumspor – Göztəpə
20.00 Sakaryaspor – Eyüpspor