04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SOS: 15 min dönərxanadan 100-ü standarta uyğundur

15 Oktyabr 2018, 11:04
Sosial
A A
SOS: 15 min dönərxanadan 100-ü standarta uyğundur

Ötən həftə Sumqayıt şəhərində musiqi kollecində təhsil alan 4 tələbə dönərdən zəhərlənib. Bundan əvvəl də dəfələrlə insanların dönər qidasından zəhərləndiyinin şahidi olmuşuq.

Ümumiyyətlə, türk mətbəxinin sevimli yeməyi olan dönər artıq uzun illərdir ki, Azərbaycanda, o cümlədən Bakıda, Sumqayıtda sevilir. Xüsusən də tələbələr, səyyar satıcılar, daha az gəliri olan insanlar tez başa gələn və ucuz olduğu üçün bu qidaya üstünlük verir. Məlum olduğu kimi, dönər toyuq və mal ətindən hazırlanır. 2006-cı ildə ölkədə toyuq dönəri qadağan olunsa da, bu gün əksəriyyət dönər müəssisələrində toyuq ətindən istifadə edildiyinin şahidi oluruq. Ekspertlər toyuq hazırlanan dönərin daha təhlükəli olduğunu qeyd etsə də, elə alıcılar da daha çox toyuq dönərinə üstünlük verir.

Maraqlıdır ki, soyuq payız fəslində Sumqayıtda 4 tələbənin dönərdən zəhərlənməsinin səbəbi nə ola bilər; toyuqdan hazırlanması ehtimalı, yoxsa digər amillər? Ümumiyyətlə dönərlər nə dərəcə təhlükəlidir?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb: “Bakıda 15 minə qədər dönərxana var. Onlardan da təxminən 85 faizində monitorinq aparmışıq. Apardığımız monitorinqlərdən məlum oldu ki, onlardan cəmi 100-ə yaxını standartlara uyğun dönər hazırlayır. Lakin bəzi dövlət orqanları bu məsələyə bir qədər qısqanclıqla yanaşdı və bizə irad bildirildi ki, ”bazarda biznesin inkişafına maneçilik yaradırsınız”.

Ekspert toyuq dönəri qadağasının aradan qaldırılmasının tərəfdarı olduğunu dedi:“2006-cı ildən toyuq dönərləri qadağan olunsa da, sonradan bu cür dönərlər satılır. İki il öncə qurumumuz bu qadağanın aradan qaldırılması üçün Səhiyyə Nazirliyinə müraciət etdi. Lakin bizə verilən cavabda bildirildi ki, hələlik bu qadağanın aradan qaldırılması məsləhət deyil.

Qeyd edim ki, toyuq dönəri 2006-cı ildə “quş qripi”nə görə qadağan olunmuşdu. Çünki toyuq əti tez xəstəlik, zəhərlənmə əmələ gətirən məhsullar kateqoriyasındadır. Lakin ölkədə dönər hazırlayan 2 müəssisə var ki, orada da xüsusi avadanlıq var və istər toyuq, istərsə də heyvan dönəri hazırlananda onu minus 40 dərəcə şok dondurmadan keçirir və ətdə nə xəstəlik varsa hamısı məhv olur. Dönərdən zəhərlənməyə səbəb ətin üz tərəfdən bişsə də, içinin çiy qalması olur. Belə ki, dönərin hazırlanması zamanı içindən heyvan xəstəliklərinin, mikrobların, baytar dərmanları qalıqlarının toplaşdığı maye siniyə axır, bu zaman üz tərəfdən qızardılmış hissəni həmin maye ilə qarışdırıb alıcıya verirlər. Bu, çox zaman təhlükə yaradır. Lakin ət minus 40 dərəcə şok dondurmadan keçiriləndə qeyd etdiyim bütün mikroblar məhv olur”.

Onu da xatırladaq ki, bir neçə il öncə ölkədə dönərin qazla bişirilməsi qadağan olunmuşdu. Səbəb isə o idi ki, təbii qazdan istifadə zamanı onun tərkibindəki maddələr birbaşa ətə daxil olur və bu da zəhərlənmələrə gətirib çıxarır. Bunun üçün də bütün dönər müəssisələrində qaz aparatları yığışdırıldı. Bəs hazırda qaz aparatından istifadə edən dönər müəssisəsi müşahidə olunurmu?

Eyyub Hüseynov sualımıza bu cür cavab verdi: “Hazırda Bakı şəhərində qazla dönərin bişirilməsi müşahidə olunmur. Lakin qeyd etdiyim kimi dönərin bişirilməsi zamanı sinidəki maye ilə qarışdırılıb verilməsi bir çox hallarda zəhərlənmələrə səbəb ola bilir. Bəzən dönər müəssisələri israrla bildirirlər ki, onların çalışması üçün sertifikatlar var. Araşdırmalarmız onu da göstərdi ki, bəzən bu sertifikatlar heç də doğru olmur”.

Eyyub Hüseynov dönər alarkən nələrə diqqət edilməsini də nəzərə çatdırdı:“Sadəcə, alıcılar dönər alarkən onun ətinin minus 40 dərəcə şok dondurmadan keçirilib-keçirilmədiyini öyrənməli və beləliklə təhlükəsizliyini təmin etməlidir. Qurumumuz dönərlərin qadağan olunmasının tərəfdarı deyil, sadəcə olaraq onların təhlükəsiz, standartlara uyğun hazırlanıb, istehlakçılara verilməsini tələb edirik”.

Əvvəlki yazı

İCRA BAŞÇISININ MÜAVİNİ VƏTƏNDAŞLARI DÖYDÜ – VİDEO

Sonrakı yazı

Prezident İlham Əliyev Lerikə səfərə gedib

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.