02-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sorbonnada oxumuş nazirin “üzümlüyə girməsi”: KTN-də dikdabanlı islahatı, yoxsa Heydər Əsədov kabusu?

30 Sentyabr 2019, 09:00
Manşet, Banner
A A
Sorbonnada oxumuş nazirin “üzümlüyə girməsi”: KTN-də dikdabanlı islahatı, yoxsa Heydər Əsədov kabusu?

Riçmond, Strasburq, Sorbonna universitetləri, Qərb təhsili, xarici dünyagörüş, Avropa həyatı, azad fikirli adamların mühiti və…bunların hamısını görən, bu dəyərləri özündə birləşdirməyə çalışan kənd təsərrüfatı naziri İnam Kərimov bir açıqlama ilə özünə inamı darmadağın elədi.Qərb təhsilli islahatçı nazirYAP funksioneri Siyavuş Novruzov kimi danışdı.

Reportyor.info-nun verdiyi xəbərə görə, bir neçə gündür sosial medianın baş personajına çevrilən İ.Kərimovu “yaş yuyub, quru sərirlər”.

Başadüşüləndir, çünki cavan bir nazirə yaraşmayan çıxış hamıda ikrah hissi doğurur, gülüş yaradır. İ.Kərimov hesab edir ki, 1992-1993-cü illərdə, AXCP-Müsavat hakimiyyəti dövründə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib. Bəli, vəhşicəsinə…

Bəziləri isə ironiya ilə yazırlar ki, nazirin qucağındakı quzu dilə gələrək babasının AXCP-Müsavat dövründə repressiya edildiyini bildirib.

Ona ən sərrast cavab isə tarixçi Yadigar Sadıqovdan gəldi: “Tarixdən bixəbər müəllim bilmir ki, 1985-ci ildə SSRİ-dəantialkoqol kampaniyasıdeyilən bir mərət olub. Azərbaycandakı üzümlüklərin yarısı, 130 min hektarı bu zaman məhv edilib.

Əhəmiyyətli bir hissəsi olan 45 min hektar işğal altında qalıb. Qalanlarını da YAP hakimiyyəti dövründə icra başçıları əsasən, şəxsi ev tikmək istəyənlərə satıb ciblərini doldurublar”.

İnam Kərimov gəncdir. Həmin dövrün hadisələrinin canlı şahidi deyil. Oxuduğu, eşitdiyini danışır. Məsələ AXCP-Müsavat iqtidarının səhvlərini və ya düzlərini mübahisələndirməkdən getmir.

Sadəcə, ictimaiyyətin, fermerlərin, kəndli sinfinin ümid bəslədiyi, ASAN Xidmətdəki fəaliyyətindən divident qazanmış, reputasiyası köhnə qvardiyadakı korrupsiyaya bulaşmış tipik məmurlardan fərqlənən, adı maxinasiyalarda hallanmayan, YAP rəsmilərinin “analoqsuz inkişaf” bəyanatlarını tutuquşu kimi təkrarlamayan, reformist kimi təqdim edilən bir nazirin 92-93 dövrünü yersiz təftişi, müqayisəsi təəssüfləndirici haldır.

Bu açıqlama onun gördüyü işlərə də kölgə salır. Axı nazir bu gündən danışmalıydı – niyə bahalıqdır, örüş sahələri nə üçün zəbt olunub, fermerlər hansı problemlərlə boğuşurlar və s. ilaxır…

İ.Kərimov gələcək fəaliyyətini o açıqlamalardakı köhnəlmiş ruha uyğunlaşdırmamalıydı. Hətta onun işini təqdir edənlər də verdiyi açıqlamanı bəyənmədilər.

Statistika Komitəsinin yaydığı xronologiyadan da göründü ki, üzüm sahələrinin azalması SSRİ-də qüvvəyə minən “suxoy zakon”nəticəsində spirtli içkilərin istehsalı və satışının məhdudlaşdırılması ilə bağlıydı. Müstəqillik dövründəki azalmanın səbəbi isə məmur talanıdır.

Reportyor.info-nun məlumatına görə, İ.Kərimovun KTN rəhbərliyi postunda uzun müddət qalacağı gözlənilmir. Onun yüksək vəzifələrdən birinə təyin ediləcəyi bildirilir.

Əvvəla, İ.Kərimov aqrar sektor üzrə mütəxəssis deyil, bu sahəni dərindən bilmir, ikincisi, keçid dövrü üçün nazir təyin olunub, hətta baş nazir postuna qədər yüksəlişi istisna edilmir.

Kənd təsərrüfatı mürəkkəb sahədir, mütəxəssis, kadr KTN şefi olmalıdır. Çünki İ.Kərimovun iki ilə yaxın müddətdə nazir fəaliyyətinə baxmayaraq, problemlər xirtdəyə qədərdir.

Məsələn, kənd təsərrüfatının hansısa sahəsini inkişaf etdimərk üçün kredit götürmək istəyən fermer-sahibkar mütləq şəkildə “şapka” verməli idi.

Əks təqdirdə, müvəkkil banklar və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarələri imtina üçün kredit almaq istəyən fermerin sənədlərində min cür əyri-əskik tapırdılar.

Yeni nazir İnam Kərimovun gəlişindən sonra İsmət Abbasovun zamanından qalma, Heydər Əsədovun dövründə isə daha da intişaf etmiş bu bəd xassəli şişin kəsilib atılacağına böyük ümidlər yaranmışdı.

Lakin bu sahədə ciddi tərpəniş hiss olunmur.İndi aqrar sahə kredit ayırlmalı olan təşkilatlar, müvəkkil banklar yeni fırıldağa əl atıb.

“Şapka” vermək istəməyən fermerlərə deyirlər ki, biz xırda kreditləri verə bilirik və böyük məbləğlər üçün nazirliyə müraciət etsinlər.

Beləliklə, “sözə baxmayan” fermerləri uzaqlaşdırır, yalnız yaxından tanıdıqları, “etibarlı” sahibkarlara kreditlər ayırırlar və təbii ki, “şapkası” ilə.

Bu məsələdən İnam Kərimovun xəbəri var, ya yoxdur, bilmirik. Bəlkə yeni nazir də əvvəlkilər kimi özü yaxşıdır, ətrafı pis…

Ümumiyyətlə, kənd təsərrüfatında mövcud vəziyyətin yaranmasının başlıca səbəbi nazirlikdə ixtisaslı kadrların sahə üzrə diletant şəxslərlə əvəzlənməsidir.

Əvvəlcə şərabçı İsmət Abbasov, sonra isə maliyyəçi Heydər Əsədov nazirliyi uzun illər ərzində yetişmiş mütəxəssislərdən “təmizləyərək”, əvəzinə “pulyığanları” vəzifələrə doldurublar.

Lakin İnam Kərimov onların heç də hamısını nazirlikdən təmizləyə bilmədi. Üstəlik, kadr dəyişikliklərinin ilk dalğasında aqrar sektordan bixəbər olan, ASAN Xidmətdə işləyən dikdabanlı, ağ köynəkli, qara ətəkli xanımlar nazirlikdə müxtəlif şöbələrə, vəzifələrə cəlb edildilər. İ.Kərimov aqrar sektorda bu komanda ilə innovativ layihələr həyata keçirməyi planlaşdırırdı.

Amma sadə reallıq var – məhsuldarlıq yenə aşağı, bazarlarda qiymətlər “od tutub yanır”, ətin qiymətində bir qəpik də ucuzlaşma müşahidə edilməyib, fermerlər kreditləri “şapka” ilə alır, subsidiyalarla bağlı mənimsəmələr gizli şəkildə gedir, əhali keçmiş nazirlərlə indikinin fəaliyyətində ciddi fərq görmürlər.

Medianın təftişinə də kiçik ekskursiya kifayət edir. Aqronom Vahid Məhərrəmlinin dedikləri: “

İnam Kərimov və yeni komandası dövlət büdcəsinin səmərəsiz xərclənməsi, hətta göyə sovurulmasında daha irəli gediblər.

Nazirliyin bəzi nümayəndələri Afrikaya səyahət ediblər və bu səyahətə görə dövlətin yüz minlərlə vəsaitini xərcləyiblər.

Mən qəsdən səyahət ifadəsini işlədirəm ki, İnam Kərimov və kadrlarının kənd təsərrüfatı ilə bağlı hansısa ölkələrə səfəri səyahət xarakteri daşıyır.

Tam əminliklə deyə bilərəm ki, bu adamların Afrikaya səfərinin hər hansı işgüzar nəticəsi olan deyil. Bu günlərdə nazir də Fransaya səfər edib. O da heyvandarlığın inkişaf etdirilməsi ilə bağlı danışıqlar aparır, müzakirələrdə iştirak edir.

Hər iki səfərin Azərbaycanda heyvandarlığın inkişafı ilə bağlı hər hansı nəticə verə biləcəyi ehtimalı sıfıra bərabərdir.

Ona görə ki, bu gün Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsi üçün hər hansı xarici amil yoxdur. Yəni, xaricdən asılılıq yoxdur.

Buradan da aydın görünür ki, bu adamların heyvandarlıqdan xəbərləri yoxdur. Azərbaycanda iribuynuzlu heyvanların 90 faizi cins mal-qaradır”.

Qeyd edək ki, H.Əsədovun vaxtında 7 milyon avro vəsait xərcləndi, süni mayalandırma mərkəzi yaradıldı. Mərkəzə müasir avadanlıqlar gətirildi.

Bu gün qoyunçuluqda da, iribuynuzlu heyvandarlıqda da süni mayalandırma yolu ilə daha məhsuldar heyvanlar almaq mümkündür.

Yəni, buna görə, Afrikaya, Fransaya səfər edib təyyarəyə, hotellərə yüz minlərlə vəsaiti göyə sovurmaq lazım deyil. Amma cənab nazir hələ AXCP-Müsavat dövründən danışır…

REPORTYOR.info

Gülay

Əvvəlki yazı

Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələri Kür çayına buraxılıb

Sonrakı yazı

“Gəncə məhbusu” nədən ölüb? – Açıqlama

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39
Əməliyyat zamanı saxlanılan onlardır

Əməliyyat zamanı saxlanılan onlardır

30 İyun 2025, 18:36
Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

Azərbaycanda “Formula-1” filminin qapalı nümayişi baş tutub

30 İyun 2025, 17:57
KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

KİV: Azərbaycanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

30 İyun 2025, 17:42
Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.