Reportyor.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son gündə ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 813 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 800 722 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 471 aktiv xəstə var. Bu günə qədər 9 805 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 071, bu günə qədər isə ümumilikdə 7 159 317 test icra olunub.