Nyu Yorkda 2-ci tura səs verilən Türkevi binasına hücum edilib.
Saat 03:14-də naməlum şəxs əlində dəmir lomla binanın aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb.
Hücumdan sonra Nyu York polisi ilə əlaqə saxlanılıb.
Türkeviyə hücum lomla həyata keçirilib. Pəncərələri sındırılan Türkeviyə hücumu həyata keçirən şəxsin kimliyi hələlik məlum deyil.
Polis Türkevi ətrafında təhlükəsizlik zolağı çəkdi. Hücumla bağlı araşdırmalara başlanılıb.
ABŞ-da yaşayan Türkiyə vətəndaşları şənbə günündən etibarən prezident seçkilərinin ikinci turu üçün Türkevidə səs verirlər.
CNN Türk-də danışan Nyu-York Polis Xidməti İcma koordinatoru Erhan Yıldırım hücumu bir neçə nəfərin həyata keçirə biləcəyini bildirib.
class=”medianet-inline-adv”>
Binanın 24 saat kameralar tərəfindən izlənildiyini vurğulayan Yıldırım Türkevi, BMT binasının yerləşdiyi ərazidə yerləşdiyini bildirərək, ‘Demək olar ki, hər meydan kameralarla dolu bir bölgədir’ dedi.