7 ildən sonra Tehran və Ər-Riyad arasında xarici işlər nazirləri səviyyəsində ilk rəsmi görüş öz bəhrəsini verdi.
İran və Səudiyyə Ərəbistanı tarixi razılaşma əldə edib. İran və Səudiyyə Ərəbistanı səfirliklərinin açılması, iki ölkə arasında uçuşların bərpası və qarşılıqlı vizaların asanlaşdırılması barədə razılığa gəliblər.
Tarixi görüşdən sonra yayılan birgə bəyanatda iki ölkənin bütün sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəldiyi bildirilib.
Eyni açıqlamaya görə, iki ölkə vətəndaşları üçün qarşılıqlı viza rejiminin sadələşdirilməsi ilə yanaşı, rəsmi və özəl sektor nümayəndə heyətlərinin uçuşlarının və ikitərəfli səfərlərinin yenidən başlaması razılaşdırılıb.