ABŞ-ın Kolorado Boulder Universitetinin alimləri peyk müşahidələri, iqlim modelləri və hidroloji modellər üzərində təhlillər aparıblar. İqlim dəyişikliyi və insan fəaliyyətinin dünya şirin suyunun yüzdə 87-ni saxlayan gölləri getdikcə daha çox təhdid etdiyini bildirən elm adamları, 18 Mayda nəşr olunan araşdırmada aşağıdakı ifadələrə yer verdilər;
“Böyük göllərdə toplanan suyun miqdarı son üç onillikdə həm insan, həm də iqlim faktorları səbəbindən azalıb. Alimlər peyk müşahidələrindən, iqlim modellərindən və hidroloji modellərdən istifadə edərək, bu müddət ərzində həm böyük təbii göllərin, həm də su anbarlarının 50 faizindən çoxunun həcm itkisi yaşadığını göstəriblər”.
ÇİLİDƏN MƏŞHUR GÖL 7 İLƏ QURUYUR
Avropa Birliyinin yer üzünün peyk müşahidə proqramı olan Kopernik mayın 16-da Çilinin paytaxtı Santyaqo yaxınlığındakı Aculeo gölünün 7 illik peyk görüntülərini paylaşaraq gölün tamamilə quruduğunu açıqlayıb. “Göl bir vaxtlar Santyaqo yaxınlığında əsas turist cəlbedici yer idi, lakin indi qurudur” dedi Kopernik. “Bu yaxınlarda aparılan bir araşdırma, digər amillərin də rol oynamasına baxmayaraq, gölün yoxa çıxmasının əsas səbəbi insan fəaliyyəti olduğunu göstərdi.”