İrəvanda etiraz aksiyalarının 11-ci günü start götürüb.
Reportyor.info xəbər verir ki, mitinq təyin olunduğu (08:15) vaxtdan gec başlayıb. Etirazçılar yenidən küçələri və nəqliyyatı iflic vəziyyətinə salmağa cəhd edirlər.
Ermənistandakı aksiyalara hərbçilər də qoşulub. Onların İrəvandakı hərbi hissələrdən birinin əsgəri olduğunu “Azadlıq” radiosuna bu şəxslərdən biri təsdiqləyib.
Digərləri isə jurnalistlərlə əlaqə yaratmaqdan imtina ediblər.