11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Soçidə görüş Azərbaycanın diplomatik uğurlarından biridir – Şəhla Ağbulud

04 Noyabr 2022, 15:11
Cəmiyyət
A A
Soçidə görüş Azərbaycanın diplomatik uğurlarından biridir – Şəhla Ağbulud

Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən Müharibəsi nəticəsində nəhayət haqq öz yerini tapdı. Azərbaycan Ordusu 30 il Ermənistanın işğalı altında qalan vətən torpaqlarını öz gücü ilə azad etdi. Şuşa şəhəri azad edildikdən sonra Ermənistan tam Azərbaycanın maraqlarına uyğun hazırlanmış Kapitulyasiya Aktını imzalamağa məcbur oldu. Bununla da Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu.

Növbəti proseslər isə sərhədlərin delimitasiyası, sülh müqaviləsinin bağlanması və münasibətlərin nizamlanması idi. Lakin Ermənistan tərəfi hələ də noyabrın 10-da imzalanmış Bəyanatın bir sıra tələblərinə əməl etmir. Belə ki, hələ də təmas nöqtələrindən erməni silahlı birləşmələri çıxarılmır. Rəsmi İrəvan kommunikasiya xəttlərinin açılmasında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Müharibənin qanunlarına görə müharibə başa çatdıqdan sonra basdırılmış minaların xəritəsi qarşı tərəfə təhvil verilməlidir. Lakin müharibənin Azərbaycanın tam qələbəsiylə başa çatmasına baxmayaraq Ermənistan tərəfi hələ də mina xəritələrini Azərbaycana təqdim etmir. Erməni faşistləri hələ də cinayətlərini davam etdirirlər. Onların bu cinayəti nəticəsində yüzlərlə insan minalara düşərək sağlamlığını, yaxud da həyatını itirib.

İndiyə qədər bu kimi səbəblərdən digər dövlətlərdə bir neçə dəfə görüşlər keçirilib. Bütün görüşlər də Azərbaycanın siyasi və diplomatik üstünlüyü ilə sonlanıb.
Oktyabr ayının 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bu görüş də istisna olmayıb, – Bəyanatda əksini tapan müddəalar ölkəmizin maraqlarına cavab verərək, Azərbaycanın üstünlüyü ilə başa çatıb. Belə ki, Bəyanatda Qarabağla bağlı bir kəlmə belə söz yoxdur. Eyni zamanda Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında razılaşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında nəzərə çatdırıb ki, Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür. Azərbaycan Prezidenti eyni zamanda qeyd edib ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da Rusiyanın roluna ümid bəsləyirik. Ermənistanın baş naziri N.Paşinyan isə üçtərəfli görüş zamanı Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 5-20 il uzadılması barədə təkliflə çıxış edib, lakin onun bu təklifi rədd edilib.

V.Putin isə sülhməramlıların qalma müddətinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından və sərhədlərin delimitasiyasından asılı olacağını qeyd edib. Bununla da Rusiya Prezidenti nəzərə çatdırıb ki, rəsmi Bakının razılığı olmadan sülhməramlıların mandatı uzadılmayacaq.
N.Paşinyan görüşün yekununa qarşı qəbul olunacaq sənədin bloklanmasına çalışıb, lakin Rusiya Federasiyasının Prezidenti V.Putinin təkidi ilə o, bu sənədə imza atıb və bəyanat qəbul olunub.
Soçi görüşü də Azərbaycanın indiyə qədər əldə etdiyi siyasi və diplomatik uğurlarından biridir.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Asim Mollazadə: “Partiyaların sədrləri psixoloji yoxlamadan keçirilməlidir”

Sonrakı yazı

Azərbaycan Bütövlük Platformasında Türk Birliyi müzakirəsi – FOTOLAR

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.