26-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SOCAR: Daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı qiymətə təqdim edirik

03 Oktyabr 2019, 17:24
Gündəm
A A
SOCAR: Daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı qiymətə təqdim edirik
“Həm daxili, həm də xarici bazarlarda karbamidin satış qiymətini bazar müəyyənləşdirir. Biz bu məhsulu prinsip etibarı ilə bütün ölkələrdə eyni şərtlərlə, yəni məhz bazarın və azad rəqabətin müəyyən etdiyi şərtlərlə təqdim edirik”.
Reportyor.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, SOCAR daxili bazarda karbamidi idxal qiymətindən daha aşağı, yəni daxili bazarda bütün mövcud olan təkliflərdən daha sərfəli şərtlərlə təqdim edir: “SOCAR karbamidi Azərbaycanda əvvəlki dövrdə idxal olunan karbamidin qiymətindən, təqribən, 20% daha aşağı qiymətə reallaşdırır. Azad rəqabət şəraitində bu məhsulun satış qiymətinin aşağı düşməsi, ilk növbədə, istehlakçıların və ümumilikdə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır”.
O bildirib ki, SOCAR-ın yanaşması budur ki, daxili bazarda rəqabətli olmaq üçün şirkət bütün mövcud təkliflərdən daha ucuz və daha keyfiyyətli təklif verir: “Bütün bazarlarda qiyməti bazar iqtisadiyyatı müəyyənləşdirir. İkinci məsələ də odur ki, bu məhsulu başqa bazarlara çatdırmaq üçün nəqliyyat xərcləri də məhsulun qiymətinin üstünə gəlir. Bu, ixrac istiqamətində məhsulun satış qiymətini bir qədər azaltsa da, karbamidi başqa bazarlara çıxarmaq yenə də rəqabətlidir. Mümkün olsaydı, biz bütün istehsal etdiyimiz məhsulu daxili bazarda satardıq. Ancaq istehsal etdiyimiz məhsulun həcmi daxili bazarın tələbatından çoxdur. Beləliklə məhsulun bir hissəsi ixrac edilir və ölkəyə əlavə ixrac gəliri qazandırır. Təbii ki, bu məhsulu başqa ölkələrə çatdırmaq üçün onun qiymətinin üzərinə nəqliyyat xərcləri də gəlir. Bunu da bizə diqtə edən bazar iqtisadiyyatıdır, bazarda olan azad və sərbəst rəqabətdir. Həmin rəqabətin şəraitinə və rəqabətin formalaşdığı şərtlərə görə, biz bu məhsulu bazarlara təqdim edirik”.
Qeyd edək ki, bu gün bəzi kütləvi informasiya vasitələri SOCAR-ın Karbomid Zavodunun istehsal etdikləri məhsulun ixrac qiymətinin ölkədəki satış qiymətindən 35 faiz ucuz olması ilə bağlı məlumat yaymışlar.
Bildirilib ki, bu ilin iyun-iyul aylarında SOCAR-ın Karbamid Zavodu 45 min tona yaxın hazır məhsul satıb. Dövlət Gömrük Komitəsinin məlumata görə, Türkiyəyə (22 193 ton), Ukraynaya (993,6 ton), Rumıniyaya (2825,8 ton), Bolqarıstana (10 166,62 ton) və Rusiyaya (8 752,5 ton) karbamid satışından 7 mln. 189 min dollar əldə edilib. Məhsul 159,99$/ton, yaxud 272 manat/ton qiymətinə ixrac edilib. İyulda “Aqrolizinq” ASC SOCAR-la nəqliyyat xərcləri hesablanmadan bir tonu 420 manatdan 25 min ton karbamid gübrəsinin tədarükünə dair razılaşmanın imzalandığını açıqlayıb.
Əvvəlki yazı

Vilayət Eyvazov sabiq polis rəisinə vəzifə verdi

Sonrakı yazı

“Broker Əbülfəz”in oğlunun PAPA JOHN’S-u (FOTOLAR)

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.