Xəbər verdiyimiz kimi, Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq vəfat edib.
Reportyor.info xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları – 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.
Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis leytenantlarının – Elmir Əsgərov və Faiq İsgəndərovun fotosunu təqdim edirik.