21-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şirvan Meyvəçilik Mərkəzinin işçilərinin pulları mənimsənilib? – ŞİKAYƏT

27 İyun 2019, 11:14
Sosial
A A
Şirvan Meyvəçilik Mərkəzinin işçilərinin pulları mənimsənilib? – ŞİKAYƏT

Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinin əməkdaşları rəhbərliyin onların əmək hüquqlarını pozmasından şikayətçidirlər.

Bununla bağlı “AzPolitika.info”ya göndərdikləri şikayət ərizəsində bildirirlər: “Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim  əmək hüquqlarımızı pozub. Əməklərimizi  istismar edib, bizə düşəcək müavinətləri mənimsəyib. İş stajlarımızı saxtalaşdırmaqla cinayət törədib”.

Şikayət ərizəsini imzalayan vətəndaşlar bildirirlər ki, Göyçay rayonunda yerləşən Şirvan Meyvəçilik Mərkəzinə işə 2011-ci il tarixdə qəbul ediliblər: “Həmin idarənin fəaliyyəti “Jalə” şirələri istehsal edən məssisəni meyvə ilə təchiz etmək olub. Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi savadsızlığımızdan və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bizi işə götürən zaman heç bir əmək müqaviləsi bağlamayıb. Yəni, sənədləşdirmə aparmadan bizi işlədib. Bunu isə vergidən və digər ödənişlərdən azad olmaq üçün edib. Bununla  dövlətə və bizə küllü miqdarda ziyan vurmuşdur. Bizimlə əmək müqaviləsini yalnız 2017-ci ilin may ayında bağlamışdır. 2018-ci ilin dekabr ayı tarixində əmək müqaviləsinə xitam verilmişdi. Biz 2011-ci il tarixdən 2018-ci ilin dekabr ayı tarixinə kimi məzuniyyətə çıxamamışıq, bu hüququmuzdan istifadə etməmişik. Buna görə bizə məzuniyyət əvəzi pul kompensasiyası ödənilməlidir. Buna görə biz Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinə ərizə ilə müraciət etsək də, heç bir tədbir görülməmişdir. Bununla da bizim Azərbaycan Respublikası Konstitusiyası,  qanunlarla təsbit olunmuş hüquqlarımız məqsədli şəklidə pozulmuşdur. Burada məqsəd ancaq bizim pulumuzu mənimsəmək, əməyimizi istismar edib küllü miqdarda qazanc əldə etmək olmuşdur”.

Şikayətçilər daha sonra bildirir ki, Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır: “Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi təmin edilir.
Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır.

Mövcud qanunvericiliyə görə ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Lakin təəssüf ki, Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi bizim bu hüquqlarımızı qəsdən  pozmuşdur. Biz hər birimiz ailə başçısıyıq, himayəmizdə azyaşlı , qoca və xəstə ailə üzvülərimiz var. Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyinin bu qanunsuz əməlləri araşdırılmalı və barələrində ciddi tədbirlər görülməlidir”.

Sonda şikayətçilər ölkə rəhbərliyindən kömək istəyirlər: ” Bizə qrşı edilən bu qanunsuz əməllər  barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə və Dövlət Əmək Müfətişliyi Xidmətinin rəisi cənab Elman Cəfərova şikayət ərizəsi ilə müraciət etmişik.Bu şikayət ərizəsini imzalayan şəxslər mətbuat vasitəsi ilə də xahiş edirik obyektiv araşdırma aparıb işlədiyimiz müddətdə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın ödənilməsinə və iş stajımızın qeydə alınmasına köməklik göstərəsiniz və ciddi qanun pozuntusuna yol vermiş Şirvan Meyvəçilik Mərkəzinin rəhbərliyi barəsində qanuna müvafiq tədbirlər görəsiniz”.

Qeyd edək ki, şikayəti Şirvan Meyvəçilik Mərkəzinin aşağıdakı işçiləri imzalayıb:
1. İsmayılov Bəhruz Əli oğlu, Göyçay rayonu Alpout kəndi;
2.Əliyev Valeh Ağabala oğlu Göyçay rayonu Alpout kəndi;
3.Bəbirov Bəşir Cabbar oğlu Göyçay rayonu Kürdşaban kəndi;
4.Fətullayev Rizavan İbrahim oğlu Ağsu rayonu Rəhimli kəndi;
5.Əhmədov Əflatun Rəcəddin oğlu Göyçay rayonu Qarabağlar kəndi;
6.İslamov Azər Mövlan oğlu Göyçay rayonu Qızılağac kəndi;
7.Cəbrayılov Zaur Rauf oğlu Göyçay rayonunda məskunlaşmış məcburi köçkün;
8.Əhmədov Təbriz Əflatun oğlu Göyçay rayonu Qarabağlar oğlu .

1b2b3b4b5b6b7b

Əvvəlki yazı

“Bu gün regionda ən güclü ordu Azərbaycan ordusudur” – General-leytenant

Sonrakı yazı

Bakıda qardaş 21 yaşlı bacısını qətlə yetirdi

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.