07-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şirin MMC işçilərin maaşın tutur – İddialar

22 İyul 2020, 12:07
Sosial
A A
Şirin MMC işçilərin maaşın tutur – İddialar
2020-ci ildə dünyanı pandemiya öz cənginə aldı. Bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusla mübarizə üçün qabaqlayıcı tədbirlər gördü və karantin tədbirlərinə başladı.
Koronavirusla mübarizə üçün isə fond yaradıldı. Azərbaycan prezidenti Cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva bir illik maaşlarını Koronavirusla Mübarizə Fonduna bağışladılar. Bu təqdirəlayiq addımdan sonra əksər iş adamları, şirkətlər, adi və sıravi vətəndaşlar, dövlət məmurları da Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürməyə başladılar.
Bu şirkətlərdən biri də “Şirin MMC” – Qənnadı Fabriki  oldu. Alqışlanası addımdır, ölkənin pandemiya ilə mübarizə apardığı bir dövrdə dəstək durmaq, ianə ayırmaq alqışlanası addımdır. Amma bu, işin sadəcə görünən tərəfidir. Əslində məsələnin bir əmması da var. Sən demə, şirkət Fonda köçürdüyü pulu əməkdaşlarının maaşından tuturmuş.
Bu barədə Hit.Az-a bir müddət əvvəl sözügedən məsələyə görə şirkətlə yollarını ayıran Zamiq İbrahimov məlumat verib:
“2020-ci ilin mart ayında Şirin MMC şirkətində supervayzer kimi işə dəvət edildim. İşə qəbul üçün ilk görüşdə şirkət rəhbərliyi iş qaydalarını izah edəndə bildirdi ki, əmək haqqım 1300 AZN olacaq və maaşım rəsmi qaydada adıma açılan bank kartına köçürüləcək. Bundan əlavə, aylıq satışa və müştərilər tərəfindən yığılan ödəmələrə görə bonusların da olacağını bildirdi. Ay tamamında isə maaş kartımı soruşdum, mənə maaşı bu ay kassadan nağd şəkildə alacağımı bildirdilər.
Aprel ayında isə şirkətin İnsan Resursları şöbəsinə çağırıldım və əmək müqaviləsi imzalandı. Mən isə adətim üzrə imzaladığım bütün  müqavilələri sona qədər oxuyuram. Əmək müqaviləsini də tam oxudum və müqavilədə rəsmi əmək haqqım 1300 AZN, iş vaxtı həftədə 40 saat olmaqla 5 gün 08:00-17:00 qrafiki ilə göstərilmişdi. Müqaviləni imzaladım.
May ayında da əmək haqqı üçün nəzərdə tutulan bank kartım mənə verilməmişdi. Bu səbəbdən də aprel ayının maaşını bankdan şəxsiyyət vəsiqəmi təqdim edərək aldım. Bankın əməkdaşı hesabıma 1071 AZN köçürüldüyünü bildirdi. Bankdan maaşımı götürüb Şirin MMC-nin mühasibi ilə əlaqə saxladım. Mənə dedilər ki, aprel ayının əmək haqqından 3 günlük məbləğ tutulub və buna görə maaşım 1300 yox, 1071 AZN olub. Amma mən 5 mart 2020-ci il tarixdən Şirin MMC-də çalışırdım. May ayını da işlədim və iyun ayında da yenə də maaş kartım olmadığı üçün şəxsiyyət vərəqəsi ilə bankdan maaşımı almağa getdim. Bu dəfə isə sözün əsl mənasında şoka düşdüm. Çünki 1300 AZN əvəzinə hesabıma 836 AZN köçürülmüşdü. Şirkətə gəldim və bunun səbəbini soruşdum və mənə may ayının 1 həftəsinin maaşının hesablanmadığını dedilər. Bu barədə rəhbərliyə sual verəndə “Qərarı müdiriyyət verib, biz bilmirik” cavabını verdilər.
May ayında mənimlə birlikdə işləyən supervayzer Famil Əliyevin də maaşı ilə bağlı eyni hal təkrarlandı və o da 836 AZN əmək haqqı aldı. Bundan əlavə, mənim tabeçiliyimdə olan satış nümayəndələri və merçandayzerlərin də maaşlarından müxtəlif məbləğlərdə pul tutulmuşdu.
O günlərdə isə şirkət işçiləri arasında “Şirin MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min AZN ödəyib. Pulu isə işçilərin maaşından tutur” kimi söz-söhbət gəzirdi.
Həmin gün isə işdən ayrılmaq qərarına gəldim. Ərizə yazıb işdən çıxmaq istədim. Şirkətin satış müdiri vəzifəsini icra edən Eton İbrahimov isə mənə “buyur, yaz. Amma tarix qoyma ayın sonuna qədər işlə, 30 iyun tarixində işdən çıxarsan” dedi. İyun ayının 30-a qədər Şirin MMC-də çalışdım və 30 iyun tarixində şirkətdən ayrıldım.
16 iyul tarixində isə əmək kitabçası və iyun ayı üçün maaşımı almaq üçün şirkətə getdim. Kassada mənə 268.50 AZN maaş yazıldığını dedilər. Bu dəfə isə 3 həftəlik iş günümü nəzərə almamışdılar.
Maraqlıdır ki, şirkət son ayda da rəsmi maaş ödənişi etmədi. Görəsən şirkətin müvafiq dövlət qurumlarına verdiyi hesabatlarda işlədiyim dövrdə mənə verilməli olan 1300 AZN maaşımın tam ödənilməməsi necə izah edilir?”
Məsələ ilə bağlı  Dövlət Əmək Müfəttişliyi və Dövlət Vergi xidmətinə yazılı şəkildə müraciət etməyə hazırlaşıram. Buradan rəsmi şəxslərə müraciət edirəm, bu şirkətlər gördükləri bu cür qara işləri necə gizlədirlər? İşçinin işə gəlmədiyini rəsmi hesabatlarda aktsız, arayışsız necə göstərmək mümkündür? Bu cür şirkətlər haqqında hələ də niyə tədbirlər görülmür?”
Məsələ ilə bağlı Şirin MMC-nin mövqeyini dərc etməyə hazırıq.
Əvvəlki yazı

Bakıda ən çox yoluxma üç rayondadır

Sonrakı yazı

“ZURNAlistlərin yox, əsl JURNALİSTlərin günüdür” – Hafiz Hacıyev

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.