Ermənistanın Şirak hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyuması barədə məlumat yayılıb. Bununla bağlı “Telegram”ın erməni seqmentində məlumatlar yayılıb.
Məlumatda bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sərnişinlər və işçilər hər iki obyektin ərazisindən təxliyə ediliblər.
Onu da bildirək ki, son günlər Ermənistanda metroya da bomba qoyulması ilə bağlı xəbər yayılmışdı.