10-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sipark” ATV-yə 14 min atıb – Qalmaqal

18 Sentyabr 2019, 12:28
Seçmə, Banner
A A
“Sipark” ATV-yə 14 min atıb – Qalmaqal

Azərbaycanda fəaliyyət göstərən, adı daha çox qalmaqallı məsələlərdə hallanan “Sipark İnşaat” şirkətinin adı daha bir dələduzluq işində hallanır.

Həmin şirkətin rəhbərliyi tərəfindən aldadıldığını iddia edən “Baku Art Lab”ın təsisçisi Vüqar Təhməzov BakuPost-a müraciət edib.

Şikayətçinin sözlərinə görə, telekanalların (ATV) birində yayımlanacaq serialın çəkilişində baş sponsor olan şirkət sonradan pulu ödəməkdən imtina edib. Onun reklamı ATV-də iki ay yayımlanıb və bununla da şirkətin 14 min borcu yaranıb. Lakin şirkət rəhbərliyi müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırır:

““Sevgi Naminə” adlı serialın çəkilişləri üçün təşkilati dəstəklə bağlı “Sipark İnşaat”la razılaşma əldə etdik. Hətta menecerimiz Vüsalə xanım və həmin şirkətin nümayəndələri arasında danışıqlardan sonra onlar seriala baş sponsor olmaq istədilər və qarşılıqlı anlaşma əsasında müqavilə də hazırladıq. Müqaviləyə səlahiyyətli şəxs kimi özüm qol çəkdim və möhür vurdum. Daha sonra müqaviləni həmin tikinti şirkətinə yolladım”.

V.Təhməzov bildirib ki, onlar müqaviləyə imza atmağı gecişdiriblər:
“Sən demə, bunlar “Sipark İnşaat” dələduzluq metodu imiş. Demişdilər ki, reklam yayınlamağa başlasın müqaviləni imzalayarıq. Bir müddət sonra müqaviləni səlahiyyətli şəxs kimi mühasibatlıq şöbəsindən bir xanımın imzalayacağını bildiriblər. Lakin həmin xanım sənədləri imzalamaqdan imtina edərək, rəhbər Kənan bəyin Türkiyədə olduğunu və gələndən sonra onları özünün imzalayacağını dedi. Bu minvalla serial çəkilir və onların reklamı yayımlanırdı. Qeyd edim ki, müqaviləni qarşı tərəf hazırlamışdı, şərtlər razılaşdırılmışdı və bizə möhürləmək üçün göndərilmişdi. Biz də öz əlavəmizi edib, onlara göndərməli və reklamçı tərəfin səlahiyyətli şəxsi imzalamalıydı. Biz üzərimizə düşənləri etdik, onlarsa bizi yola verməklə məşğul oldular.

Təqribən bir ay məsələ belə uzandı. Biz isə həmin vaxt şirkətin ofisində serialın çəkilişlərinə start verdik. Danışıqlara əsasən “Separk” seriala həm təşkilati dəstək, həm də baş sponsor idi. Misal üçün, təşkilati dəstəyə görə şirkət bizə bir ayda 1500-2000 manat məbləğində pul ödəməli idi. Lakin əvəzində onlar bizə çəkilişlər üçün avtobus verdilər”.

“Sipark İnşaat”ın reklam xərclərini ödəməməsi qarşı tərəfə maddi və mənəvi ziyan vurub:
“Danışıqlara əsasən hər ay 7 min manat məbləğində pul ödəməli idilər. Mən onlara arayış da yollamışam. Təqribən iki ay, iki həftəyə qədər reklamları televiziyada gedib. Ödənişin də 50 faizi bizim, 50 faizi isə telekanalın olmalı idi. Axı mən də işçilərin əmək haqqını ödəməliyəm.

Onlarla danışmaq üçün dəfələrlə ofislərinə müraciət etdim. Lakin nə ofisdə, nə də telefonlarıma cavab verən oldu. Daha sonra Kənan bəyi tapdım və reklamı dayandırmaq haqqında söhbət apardım”.
V.Təhməzov bildirib ki, qarşı tərəf müqaviləyə imza atmadığı üçün çıxılmaz vəziyyətdə qalıb. İndi o, aylardır müəyyən edilmiş məbləği şirkət rəsmisindən ala bilmir: “Onlar bizim ağlımızə gəlməyən formada dələduzluq etdilər. Rəsmi müqaviləni imzalamamaqla bizi məhkəməyə müraciət hüququndan məhrum etdilər. Amma yaxşı ki, aramızda telefon danışıqları var. Oradakı danışıqlarda bizə borclu olduğuqları və yaxın vaxtda ödəmələrinə söz verdikləri əks olunur. Səs yazılarını sizə də təqdim edirəm. Buyurub, aidiyyəti qurumlar bu səslərə qulaq asıb, ədalətli qərar versinlər”.

Məsələ ilə bağlı “Sipark İnşaat”ın mətbuat xidməti İradə Nurəddinqizi təmsil etdiyi qurumun heç kimə borclu olmadığını deyib. O, BakuPost-a bildirib ki, rəsmi müqavilə olmadığına görə onları kimsə dələduzluqda ittiham edə bilməz: “Arada heç bir müqavilə yoxdur. Amma şifahi razılaşma olub. Onlara bildirilib ki, əgər serial reytinqli olsa, şirkət sponsorluq edəcək. Amma serial çox zəif oldu, heç bir reytinq vermədi, iona görə də müqavilə bağlanmadı”.

Mətbuat sözcüsünün daha sonra dedikləri isə əslində, “Baku Art Lab”la “Sipark İnşaat” arasında əməkdaşlığın olduğunu təsdiqləyir: “Onlar seialda bizim reklamımızı ola bilsin ki veriblər. Əvəzində isə bizim əmlakımıza ziyan vurublar. Avtomobillərimizdən istifadə ediblər, məkanımızdan yararlanıblar”.

İ.Nurəddinqızı “Sipark İnşaat” rəhbərliyinin səs yazılarının olduğu, müqavilə və reklama görə borclu olmasını təsdiqləyən səs yazısı məsələsinə də münasibət bildirib: “Hansı səs yazısı? Bilirsiz ki, icazəsiz səs yazmaq qanunla qadağandı”.

Qeyd edək ki, bu, “Sipark İnşaat”la bağlı ilk hadisə deyil. Bundan əvvəl də serial çəkilişlərinə sponsor olması və pulu ödəməməsi barədə bir neçə fakt mövcuddur.

Yazının davamı olacaq.

Əvvəlki yazı

Yol polisini söyən sürücü araşdırılır

Sonrakı yazı

Başçı müavini “Elina işi”ndə ifadə verdi

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.