06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“SİNƏMİ QABAĞA VERMƏLİ İDİM Kİ, GƏLİN MƏNİ ÖLDÜRÜN?” – “Mayın 8-də Şuşada deyildim…”

19 Noyabr 2018, 22:40
Gündəm
A A
“SİNƏMİ QABAĞA VERMƏLİ İDİM Kİ, GƏLİN MƏNİ ÖLDÜRÜN?” – “Mayın 8-də Şuşada deyildim…”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Modern.az” saytına müsahibəsində Şuşada keçən günləri, illəri haqda danışıb.

“AzPolitika.info”nun məlumatına görə, az qala hər müsahibəsi, açıqlaması sosial şəbəkələrdə geniş müzakirə mövzusu olan B.Səfərovun bu müsahibədəki bəzi fikirləri də diqqəti çəkib. Xüsusən də onun Şuşanın işğalı günü ilə bağlı dedikləri müzakirə mövzusuna çevrilib.
İcra başçısı “Şuşa tutulandan sonra heç ağladınızmı” sualına belə cavab verib: “Göz yaşımı axıdıb ağlamadım, amma ürəyim, içim bu gün də ağlayır. Şuşam üçün çox darıxıram…”

B.Səfərovun bu suala cavabının sonrakı hissəsindən belə məlum olub ki, işğal günü o Şuşada olmayıb. Sitat: “Düzü, mən mayın 8-də Şuşada deyildim. Mayın 6-da Bərdəyə getmişdim. Bir dostumuz var, onun qardaşının ilinə getmişdim. Çünki Şuşada yas məclisi vermək mümkün deyildi, mərmilər atılırdı. Mən buna görə ayın 6-da Bərdəyə getmişdim.

Amma qardaşım, bacılarımın yoldaşları, dayım uşaqları – hamısı ayın 8-də Şuşada idi. Hətta mənim balaca qardaşım Vüqar gec çıxmışdı. Mən də ortancıl qardaşım Kamili Şuşadan tez çıxdığına görə danladım və dedim: “Vəziyyət belə pis idisə, niyə özün gəldin, o biri qardaşımızı da gətirmədin?”.

Balaca qardaşım isə mənə demişdi ki, vəziyyətin pis olduğunu görüb az qala bacımı güllələmək istəyib. Səbəb bəllidir – düşmən əlinə keçməsin…”

Kiçik qardaşını Şuşada qoyub çıxdığına görə ortancıl qardaşını danlayan, özü isə Bərdədə il mərasimində iştirak etmək adı ilə 3 gün əvvəldən Şuşanı tərk edən B.Səfərovun köçkünləri torpaqları qoyub qaçmaqda ittiham edənlərlə bağlı cavabı da maraqlıdır: “Məcburi köçkünləri ittiham edənlərin dünyagörüşləri çox aşağı səviyyədədir. İstər Şuşa, istərsə də, digər işğal olunan rayonlar olsun. Birincisi bu rayonların hamısı eyni vaxtda işğal edilməyib.
Bu gün məcburi köçkünləri ittiham edənlər, Qaradağlı kəndində, Xocalıda soyqırımı törədiləndə harada idilər?! Onlar niyə bizim yanımızda deyildilər?! Onlar bizim yanımızda olsaydılar, görərdilər ki, qaçmışıq ya yox! Biz əliyalın idik.

Topumuz, tankımız yox idi. Ermənilər isə o zaman müasir silahlarla silahlanmışdılar. 366-cı motoatıcı polkun bütün silahları var idi. Üstəgəldə nizamlı Sovet ordusu… Bizə bunlar hücum edirdi. Mən nə etməli idim?! Sinəmi qabağa verməli idim ki, gəlin məni də öldürün, ailəmi də?! Mənim ölümüm nəyisə dəyişəcəkdi?! Guya mən öləndən sonra erməni ordusu dayanacaqdı?!

Məcburi köçkünləri ittiham edənlər axmaq adamlardır. O adamlar ən azından bircə dəfə o təhlükəli yollarla avtobusla Şuşaya, Laçına getmişdilərmi?! Bu gün məcburi köçkünləri ittiham edənlər o hadisələri görməyən, bilməyən adamlardır.

Şuşanın 196 şəhidi olub. Halbuki, Ermənistana biz müharibə elan etməmişdik. Evimizdə oturmuşduq, göydən başımıza mərmilər yağırdı. Gün ərzində nə qədər atəş açılırdı, uşaqlar, qocalar yaralanırdı. Gözümlə görmüşəm, mərmi atıldı, qadının qolu qopub yerə düşdü. Qol yerdə çırpınırdı…”

Əvvəlki yazı

Abel Məhərrəmovun qızının bağçası varmış – FOTO

Sonrakı yazı

AZƏRBAYCANDA KREDİT BORCLARI ONA GÖRƏ SİLİNMİR Kİ… – “Müharibə şəraitindəyik!”

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.