20-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

16 Oktyabr 2018, 19:38
Seçmə, Manşet
A A
“ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

“Ölkə prezidenti İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub. Bu, şəhid ailələri tərəfindən yüksək qiymətləndirlir. Lakin elə şəhid ailələri var ki, onları bu hüquqlarından yararlana bilmirlər”. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasda deyib.

fazil-mustafa-101522749465O bildirib ki, müharibə aparan dövlətdə şəhid ailələrinin hüquqları, haqları qorunmalıdır: “Bəzi şəhid ailələri “Azərsığorta”ya müraciət edir. Lakin onlara deyirlər ki, siz vaxtilə 50 min manat aldığınıza görə, indiki ödənişi ala bilməzsiniz. Vətəndaşlar həmin pulu almadıqlarını söyləsələr də, vətəndaşın üzərinə bunu sübut etmək kimi öhdəlik qoyulur. Belə çıxır ki, onlar almadıqlarını sübut etməlidirlər. Şəhid ailələrinin bu hüququ əlindən alınırsa, bu yanlış yanaşmadır. Dövlət qurumları öz fəaliyyətlərini düzgün qurmur, insanları Milli Məclisə göndərirlər”.

F.Mustafa deyib ki, söhbət 2 min vətəndaşdan gedir: “Bəzi vətəndaşlar öz hüquqlarını bilmirlər. Lakin bu məsələyə ciddi yanaşmalıyıq. 5 ildən bir arxiv yoxa çıxır və ya yandırılır. Bu sənədlər elektronlaşmalıdır ki, onlar itməsin”.

Deputat söyləyib ki, vaxtilə Daxili İşlər Nazirliyində xidmət göstərib şəhid olanların ailələrinin ölkə başçısının sərəncamı ilə ayrılan yardımdan istifadə etmək hüquqlarının olmadığı deyilir: “Vaxtilə DİN-də çalışıb, şəhid olanlara bütün güzəştlərdən istifadə etmək hüquqi verilib. Lakin onlara deyilir ki, sən gərək polis deyil, hərbiçi olmalıydın ki, bu güzəştdən istifadə edə biləsən. Bu, düzgün deyil. Problemi həll etmək üçün dövlət səviyyəsində qrup yaradılmalıdır. Haqlı tələb irəli sürməyənlər də ola bilər. Bunları araşdırmaq lazımdır. Bu ailələrin problemlərinin həlli istiqamətində addım atılmalıdır. Hər bir şəhid ailəsi ayrı-ayrılıqda qəbul olunaraq, onlara bu yardımın niyə düşmədiyi izah edilməlidir”.

ax-2017-01-12-zahid“Cənab prezident İlham Əliyev tərəfindən böyük addım atılaraq şəhid ailələrinə 11 min manat birdəfəlik yardımın verilməsi nəzərdə tutulub”. Bunu isə Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, konkret bu ailələrin sayı 4800 nəfərdir:“Bu qədər şəhid ailəsinə yox cavabı verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bundan narahatdır. Cənab prezident seçkilərdən sonra şəhid ailələri ilə bağlı ilahi, müqəddəs bir sərəncam verdi. Bununla göstərdi ki, şəhid və şəhid ailəsi onun üçün, dövlət üçün nə qədər müqəddəsdir. Yəni, onlar məhək daşıdır. Şəhid ailəsi bir daha ayağa qalxıb dövlət, torpaq üçün vuruşacaq.

Ona görə sığorta təşkilatı tərəfindən yaradılan bu problem aradan qaldırılmalıdır. Onların bunu etməyə haqları yoxdur. Bunun üçün millət vəkillərindən, sığorta qurumundan və adıçəkilən nazirlikdən ibarət bir komissiya formalaşdırılsın və problem aradan qaldırılsın”.

Qeyd edək ki, “Azərsığorta» Dövlət Şirkətinin rəhbəri Məmməd Məmmədovdur. 13 yanvar 1993-cü ildəndir  Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsində işləyir. «Sığorta Mamed» kimi tanınan şirkət rəhbəri Azərbaycanın ən varlı şəxslərindən biri hesab olunur. Mətbuata yayılan məlumatlarda «Sığorta Mamed»in Türkiyədə, Çexiyada əmlaklarının olduğu bildirilub. Həta şirkət rəhbərinin Çexiyanın Karlovı Varı şəhərində özünə dəyəri bir neçə milyon dollarla ölçülən villia inşa etdirdiyi iddia olunub.

 

1488439645_tyrrrr

Məmməd Məmmədovun belə böyük pulları necə qazanmasına dair də mediada məlumatlar yayılıb. Belə ki, mətbuatda çıxan xəbərlərə görə, şirkətin sığorta fəaliyyətində saxtakarlıqlara yol verilir. Sitat: «Hər il aztəminatlı ailələrin evlərinin sığortası adı altında Maliyyə Nazirliyindən on milyonlarla manat vəsait alınır. Amma heç bir ailəyə sığorta şəhadətnaməsi verilmir. Ayrılmış pullar isə ayrı yolla şirkət rəhbərinin cibinə axır. Həmin ailələrin bundan xəbəri yoxdur. Ona görə də, evləri yanıb kül olsa belə, yenə də onlara hər hansı bir sığorta pulu ödənilmir. Halbuki Məmməd Məmmədov həmin pulları öz adına yazdıraraq, götürməklə məşğuldur».

Bu məlumatlar nə qədər doğrudur deyə bilmərik. Ancaq deputatların şəhid ailələri ilə bağlı qaldırdığı problemlər göstərir ki, “Azərsığorta» Dövlət Şirkətinin fəaliyyətinin ciddi yoxlanılmasına ehtiyac var.  “Azərsığorta»da hətta Prezidentin verdiyi qərarların icrasına belə yanışırsa, şəhid ailələrinə çatası vəsaitləri ünvanına çatdırılmırsa, onda sadə vətəndaşların sığorta haqlarının məmimsənilmədiyinə necə inanmaq olar?  

Deputatların qaldırdığı problemlərlə bağlı “Azərsığorta»nın da mövqeyini işıqlandırmağa hazırıq.

Vaqif
AzPolitika.info

Əvvəlki yazı

“Dövlətin ayırdığı şəraitə xəyanət edənlərdi” – Müsahibə

Sonrakı yazı

Qaxda yol tikintisinə 15,1 milyon manat ayırılıb

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30
Paşinyanla Pezeşkianın görüşü başladı – Video

Paşinyanla Pezeşkianın görüşü başladı – Video

19 Avqust 2025, 11:27
“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

“Rahat market”də müştərinin aldadılması halı aşkarlandı

18 Avqust 2025, 14:46
“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

“Turan Tovuz” La Liqada çıxış edən futbolçunu transfer edib

18 Avqust 2025, 14:43
Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

Aysun anasının həbs olunduğu gün məclisdə BELƏ GÖRÜNTÜLƏNDİ — VİDEO

18 Avqust 2025, 11:56
Xarkovda matəm elan olunub

Xarkovda matəm elan olunub

18 Avqust 2025, 11:26
Rəqsanə apellyasiya şikayəti verdi

Rəqsanə apellyasiya şikayəti verdi

18 Avqust 2025, 11:20
Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

18 Avqust 2025, 11:03
Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

Odessa Vilayət Dövlət Administrasiyasının sədri SOCAR-ın yanacaqdoldurma məntəqəsinə hücum olduğunu təsdiqlədi

18 Avqust 2025, 11:02
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı – VİDEO

18 Avqust 2025, 10:59
Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

18 Avqust 2025, 10:57
Avqustda 4 bürcə sərvət axacaq

Avqustda 4 bürcə sərvət axacaq

18 Avqust 2025, 10:55

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.