Keçmiş teleaparıcı Yelena Sidorenkonun deputatlığa namizədliyi qeydə alınıb. Axşam.az xəbər verir ki, Yelena namizədliyini 73 saylı Lənkəran şəhər seçki dairəsindən irəli sürüb.
“Rəhmətlik atam 16 yaşım olanda ağır xəstə idi. Hər gün məktəbdən evə qaçıb, onun yeməyini verərdim, ordan da işə qaçardım. Evdə olanda isə universitetə hazırlaşırdım. Atamın bir xahişi var idi: Sidorenko soyadını tanıtdır, layiqli övlad olduğunu sübut et!
İlk xahişini yerinə yetirdim, indi də ikincisinin reallaşdırılması üzərində çalışıram. Növbədənkənar parlament seçkilərinə həyat yoldaşımın Eyvazlı soyadı ilə qatılıram. Mənə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm” – deyə Y.Sidorenko bildirib. Qeyd edək ki, növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.