Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Manşet

Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb – FOTOLAR

2018-03-12
in Manşet
0
Şeyxin qudası vətəndaşın 3 mərtəbəli evini dağıdıb – FOTOLAR
0
Paylaşılıb
19
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Hacı Qalib Seymur Quliyevi daşa basıb; əmlakını Allahşükür Paşazadənin qızının adına keçirib…

Bənzər Yazılar

Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

Ermənistan referenduma gedir – SON DƏQİQƏ

İlham Əliyev və Mehriban Əliyeva yeni gəmilərin istismara verilməsi mərasimində

“Hacı Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə mənim vətəndaş olaraq mülkümü zəbt etməklə sübut etdi ki, Azərbaycan Konstitusiyasını saymır. Konstitusiya ilə təsbit olunan mülkiyyət hüquqlarımızı ayaqları altına atıb tapdayır. Hazırda Qalib Salahzadə deputat deyil. Amma qanunsuz əməllərini davam etdirməkdədir. 7 ildir ki, polisdə, prokurorluqda, məhkəmələrdəyik. İstəyirik ki, ölkə rəhbərliyi bu məsələyə əncam çəksin, bizim mülkiyyət hüququmuz bərpa olunsun”. “Yeni Müsavat”ın redaksiyasına gələn Seymur Quliyev belə deyir.

“Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi”

Onun sözlərinə görə, 2004-cü ildə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi döngə 21, ev 2 ünvanındakı 25 sot torpaq sahəsində yerləşən mülkü notarial qaydada alqı-satqı müqaviləsi ilə alıb: “Mülkiyyətimizdə olan torpaq sahəsi 1997-ci ilə qədər ”Zəfəran” sovxozunun ərazisi olub. Həmin ildə Sabunçu Rayon İcra Hakimiyyəti başcısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə torpaq sahəsi əkinə yararsız sahə kimi Minəvvər Qəni qızı Əliyevaya fərdi yaşayış evi tikdirmək üçün ayrılıb. 2000-ci ildə isə alqı-satqı müqaviləsi ilə ev Nazim Sultan oğlu Babazadəyə satılıb. 2004-cü ildə Nazim Babazadə həmin torpağı alqı-satqı müqaviləsi ilə mənə satdı. Bundan sonra qardaşımla bərabər həmin torpaq sahəsində 2 və 3 mərtəbəli 2 ev tikdirdik. Meyvə ağacları əkdik, su quyusuna əl gəzdirdik, hovuz inşa etdirdik. İlin çox vaxtını orda yaşayırdıq. 2011-ci ilin axırlarında 14-cü polis bölməsindən zəng gəldi ki, guya mən Bilgəh bələdiyyəsinin Rəhilə Salahzadəyə satdığı torpağı zəbt etmişəm. Dedilər ki, polisə bələdiyyədən torpağın zəbt edilməsi ilə bağlı sənədlər də təqdim olunub. Xaricdə olduğum üçün bu işi araşdırmağı vəkilimə həvalə etdim. Məlum oldu ki, bu işlərin arxasında o dövrdə Milli Məclisin deputatı olan Qalib Salahzadə dayanır. Rəhilə Salahzadə də Qalib Salahzadənin qardaşının həyat yoldaşıdır. Qadının adından polisə saxta bələdiyyə sənədi və qəbz təqdim edən də elə Qalib Salahzadə idi. Həmin saxta sənədlərdə yazırdılar ki, guya mənim mülkiyyətimdə olan torpaq bələdiyyənin olub və 2003-cü ildə köhnə manatla 37 milyona Rahilə Salahzadəyə satılıb. Məsələni vəkilim araşdırdı. Dövlət qurumlarına sorğu verdi. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə sorğuya cavab verdi ki, mülkiyyətimdəki torpaq bələdiyyə torpağı deyil və polisə təqdim edilən alqı-satqı qeydə alınmayıb. Yəni Qalib Salahzadənin polisə rəsmi sənəd kimi təqdim etdiyi müqavilənin saxta olduğu ortaya çıxdı. Həmin sənədlərin içinə 2003-cü ilə aid qəbz də vardı. Vəkil həmin qəbzlə bağlı da araşdırma apardı. Qəbzin çap edildiyi mətbəədən vəkilimin verdiyi sorğuya cavab gəldi ki, həmin qəbz 2005-ci ildə Bilgəh bələdiyyəsi tərəfindən sifariş olunub. Yəni Qalib Salahzadənin polisə saxta sənəd təqdim etdiyi rəsmən təsdiqləndi. 2005-ci ildə çap edilən qəbzdən Bilgəh Bələdiyyəsi 2003-cü ildə necə istifadə edə bilərdi?”

“İnşaat Servisez”dən dedilər ki, bizə haram mal lazım deyil, amma…”

Seymur Quliyev deyir ki, Qalib Salahzadənin saxtakarlığını ortaya qoyduqdan sonra o, sakitləşməyib: “Bundan sonra Bakı Şəhəri İcra Hakimiyyəti mənim və qonşumun mülkiyyətimizdə olan torpağı qanunsuz olaraq ”İnşaat Servisez” tikinti şirkətinə verdi. Bunu biləndən sonra “İnşaat Servisez” tikinti şirkətinin rəsmiləri ilə görüşdüm. Dedilər ki, bizə haram mal lazım deyil və sərəncamın ləğv olunmasına etiraz etmirik. Gedin verin məhkəməyə, biz torpağın sizə aid hissəsindən imtina edəcəyik. Sonradan “İnşaat Servisez” təqdim etdiyi sənəddə torpağın bizə aid hissəsindən imtina etdi. Həmin məhkəmə dövründə Qalib Salahzadə deputat idi, səlahiyyətlərindən istifadə etməklə məhkəmələrə təzyiq edirdi. Buna baxmayaraq, məhkəmə ədalətli qərar çıxardı. Məhkəmənin qərarından sonra torpağımız çıxarışla Hacı Qalibin gəlini Xatirə Allahşükür qızına satıldı”.

“Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər ey mənə?”

Seymur Quliyev deyir ki, Bakı Şəhər İcra Hakimiyyətinin məhkəmə qaydasında qanunsuz olması təsdiqlənən sərəncamından sonra mülkiyyətində olan 2 mərtəbəli və 3 mərtəbəli evləri sökülüb, əşyaları oğurlanıb: “Bu həmin vaxt baş verdi ki, məhkəmə gedirdi. Məhkəmə qərar da vermişdi ki, söküntü işləri dayansın. 2012-ci ilin aprel ayı idi. Evimə gələndə gördüm ki, qonşumun həyətində söküntü işləri gedir və qonşu ilə bizim aramızda daş hasar tikilir. Qonşum xaricdə yaşayır, qonşumla aramızda heç vaxt daş hasar olmayıb, taxtadan balaca çəpər var idi. Bütün bu tikinti işlərinə rəhbərlik edən Hacı Qalib Salahzadə idi. Ona dedim ki, sənin nə ixtiyarın var burda bu işləri görürsən, dedi ki, bura mənimdi. Mən onunla mübahisə etdim. Dedi ki, nə oldu, tutmuşdular da məni, neynədilər mənə? Sonra məlum oldu ki, qonşumun xaricdə yaşamağından istifadə edərək, Qalib Salahzadə onun torpağını saxta sənədlərlə öz rəhmətə getmiş nənəsinin adına yazdırıb. Bu söhbətdən sonra mən xaricə getdim. Mənə zəng edib dedilər ki, Qalib Salahzadə hasarımı və 3 mərtəbəli evimin damını sökməyə başlayıb. Vəkilim məsələ ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, bu torpaq sahəsi heç vaxt Bilgəh Bələdiyyəsinin ərazisi olmayıb və Rəhilə Salahzadəyə satmaq hüququna malik olmayıb. 27.04.2012-ci məhkəmə söküntü işlərinin dayanmasına və qapıların açılmasına qərardad verdi. Məhkəmə icraçılarının iştirakı ilə qapılarımızı açıb bizi mülkümüzə daxil etdilər. Səhəri Qalib Salahzadə başının dəstəsi və Bilgəh Bələdiyyəsinin iştirakı ilə zor gücü ilə bizi öz mülkümüzdən çıxardı. Qalib Salahzadə məhkəmənin qərarına əhəmiyyət vermədi. Mənə məxsus 2 mərtəbəli evi Bilgəh Bələdiyyəsinin sədri ilə 18.07.2012-ci il tarixində bələdiyyənin texnikası ilə yerlə yeksan etdirdi”.

“Fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir”

Seymur Quliyev deyir ki, ona vurulan maddi və mənəvi ziyanın həcmi olduqca böyükdür: “Müstəqil ”Azəri-Audit” auditor firmasının 1 mart 2012-ci il tarixli qiymətləndirmə aktına görə təkcə bağ sahəmdə apardığım tikinti işləri 2 milyon 500 min manat dəyərləndirilib. Evlərin sökülməsini və əşyaların talan edilməsini əks etdirən videoyazının təqdim edilməsinə baxmayaraq, hüquq-mühafizə orqanları bu günədək cinayətkarları məsuliyyətə cəlb etməyiblər. Həmin dövrdə mülkümün dağıdılması ilə bağlı Bakı Şəhər Baş Polis idarəsində 1200500219 saylı cinayət işi başlanıb. Şahidlər dindirilib, söküntü işləri aparan fəhlələr də deyib ki, söküntünün təşkilatçısı Qalib Salahzadədir. Uzun sürən, təzyiq altında keçən məhkəmə proseslərinin nəticəsi də (4 Ali Məhkəmə, 2 Konstitusiya Məhkəməsi) bir daha Qalib Salahzadənin bu işlərdə günahkar olduğunu göstərdi. Bu məsələ ilə bağlı mən baş prokuror Zakir Qaralovun qəbulunda olmuşam. Bundan sonra müvafiq faktla bağlı cinayət işi başlanıb və bu günə qədər sona çatdırılmayıb. Uzun sürən məhkəmələrdən sonra 2016-cı ildə mülkiyyətimə cıxarış aldım. Lakin məhkəmə qərarlarının mövcudluğuna baxmayaraq, yenə də Qalib Salahzadə öz qohumluq imkanlarından və bir sıra hörmətli şəxslərin adından istifadə edərək mənim hüquqlarımı pozmaqda davam edir. Qalib Salahzadə əmlakımı zəbt edib. O, mənim ərazimə gedən yolu tam bağlayıb. Görünür o, mənim əmlakımı sökməsinə və talan etməsinə görə cəzasız qaldığından ruhlanaraq qanunsuz hərəkətlərini davam etdirməkdədir”.

“Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb”

S.Quliyev deyir ki, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da məhkəmələr boyu Qalib Salahzadəni müdafiə edib: “Onu Hacıbala Abutalıbov nə marağı vardı ki, müdafiə edirdi, bu gün də bizim üçün qaranlıqdır. Saxta sənəd məsələsini də bu günə qədər araşdırıb sona çatdıran yoxdur. Hacı Qalib Salahzadənin saxtakarlığını üzə çıxarmaq istəmirlər. Hacı Qalib də bizim torpaqdan əl çəkmir. Qardaşı arvadının adından istifadə etdi, gördü ki, torpağı zəbt edə bilmir. Bu dəfə də gəlinini qabağa verib. Torpağımızı bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin qızı Xatirə Salahzadənin adına verilmiş çıxarışla ələ keçirmək istədi. Bu dəfə də məhkəmələr ədalətli qərar çıxardılar. Ən maraqlısı odur ki, Hacıbala Abutalıbov həmin qanunsuz çıxarışın ləğvi ilə bağlı iddiamız məhkəmələrdə olduğu dövrdə qarşı tərəfi müdafiə edirdi. Ali Məhkəməyə qədər Hacıbala Abutalıbov Hacı Qalibin gəlinini müdafiə etdi. Görəsən bunların marağı nədir? Qalib Salahzadə öz qara əməllərinə bu dövlət orqanlarına necə cəlb eləyib? 2017-ci ildə qanunsuz sərəncamların ləğvi ilə bağlı uzun sürən məhkəmələrdən sonra ”İnşaat Servisez”in və Xatirə Allahşükür qızına verilən çıxarışlar ləğv olundu. Məhkəmə yolu ilə mülkiyyətimə yeni çıxarış aldım. Lakin bu günə qədər mülkiyyətimə gedib-gələ bilmirəm. Hacı Qalib Salahzadə evimə gedən dövlət avtomobil yolunu dəmir darvaza ilə bağlayıb. Dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə görüşüb məsələni ona izah etmişəm. Adil Vəliyev yola qanunsuz qoyulan darvazanın açılacağına söz verdi. Sabunçu Rayon İcra Hakimiyyətindən sorğuma cavab verirlər ki, məhkəməyə müraciət edin. Amma məhkəməyə kimi verməli olduğumu göstərmirlər. Sorğularda həmin darvazanı kimin və hansı əsasla dövlət yoluna qoyub bağlanmasına aydınlıq gətirilməsini istəyirəm. Lakin sorğudakı suala konkret cavab verilmir. Yazırlar ki, torpaqdan “Şəbəkə” restoranının sahibi tərəfindən dayanacaq kimi istifadə olunur və torpaq sahəsindən dayanacaq kimi istifadə edilməsi haqda müqavilə icra hakimiyyətinin arxivində yoxdur. Bu cavabla Sabunçu Rayon İcra Hakimiyyəti “Şəbəkə” restoranının qanunsuz fəaliyyət göstərdiyini təsdiqləyir. Bunu isə araşdıran yoxdur”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.HÜSEYNOV,
“Yeni Müsavat”

PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Namizədliyi verilən şəxslər üçün verilən müddət bu gün bitir...

Sonrakı yazı

Öz bacılarını və azyaşlı bacısı qızını zorladı – Bakıda QANDONDURAN hadisə

Sonrakı yazı
Öz bacılarını və azyaşlı bacısı qızını zorladı – Bakıda QANDONDURAN hadisə

Öz bacılarını və azyaşlı bacısı qızını zorladı – Bakıda QANDONDURAN hadisə

Gecə cəbhədə atəşkəs 100 dəfə pozulub –Müdafiə Nazirliyi

Gecə cəbhədə atəşkəs 100 dəfə pozulub –Müdafiə Nazirliyi

Netanyahu Trampla görüşdü:”Əsas mövzusu İran, İran və İran”

Netanyahu Trampla görüşdü:"Əsas mövzusu İran, İran və İran''

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

2021-03-01
Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

2021-03-01
Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

Erməni əsirliyindən xilas edilən qazimiz evinə döndü – VİDEO

2021-03-01
Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

Əsəd haqda 30 səhifəlik hesabat: işgəncə, təcavüz…

2021-03-01
“Elşaddan sonra məhv oldum” – Oksana

“Elşaddan sonra məhv oldum” – Oksana

2021-03-01
Ermənistan referenduma gedir – SON DƏQİQƏ

Ermənistan referenduma gedir – SON DƏQİQƏ

2021-03-01
Matviyenkodan Qarabağ xəbərdarlığı

Matviyenkodan Qarabağ xəbərdarlığı

2021-03-01
Paşinyan xalqından ÜZR İSTƏDİ

Paşinyan xalqından ÜZR İSTƏDİ

2021-03-01
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

2021-03-01
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur

Azərbaycandan Gürcüstana uçuşlar bərpa olunur

2021-03-01
Afaq Bəşirqızının səhhəti pisləşdi

Afaq Bəşirqızının səhhəti pisləşdi

2021-03-01
3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü

3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü

2021-03-01
İcra başçısının bacısı oğlunun vəkili jurnalistlərin məhkəmədə iştirakına etiraz etdi

İcra başçısının bacısı oğlunun vəkili jurnalistlərin məhkəmədə iştirakına etiraz etdi

2021-03-01
İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

İrandan Prezidentin mətbuat konfransında sual verən jurnalistlə bağlı açıqlama

2021-03-01
Minaatan batareyaların döyüş atışlı təlimlərindən görüntülər (VİDEO)

Minaatan batareyaların döyüş atışlı təlimlərindən görüntülər (VİDEO)

2021-03-01
“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

“YAŞAT” Fondu: Hər üç qazimiz diqqət mərkəzindədir

2021-03-01
Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

2021-03-01
Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

Rusiya son günlər Ermənistana silah yardımını KƏSKİN ARTIRIB

2021-03-01
Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

Bərdə xəstəxanasında biabırçı olay – Üzrü günahından betər… (SƏS YAZISI)

2021-03-01

Seçmə

  • Bütün
  • SEÇMƏ
Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ
SEÇMƏ

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

2021-03-01
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu
SEÇMƏ

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışı oldu

2021-03-01
“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş
Araşdırma

“Azərişıq”la qalmaqallı baş həkim arasında 2 milyonluq iş

2021-03-01
Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı
SEÇMƏ

Kəmaləddin Heydərov it yeməkləri almağa 126 min manat ayırdı

2021-03-01
Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?
SEÇMƏ

Ekspertdən şok: “İnsanların gömrükdə dərisini soyublar” – Gömrük Komitəsi pandemiyada necə “qaz vurub, qazan doldurub”?

2021-03-01
Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj
Cəmiyyət

Fransa mediasında “Qarabağın ruhlar şəhəri Ağdam”dan reportaj

2021-02-28
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin nəzərinə: Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq

2021-03-01
Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

Bakıda beşmərtəbəli binada yanğın, sakinlər təxliyə olundu

2021-03-01
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

© 2020 Qurdqanli Design.