21-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şeyxdən Mədəniyyət nazirinə: “Bu, Azərbaycan adına rüsvayçılıqdır” – VİDEO

19 Aprel 2021, 17:44
Gündəm
A A
Şeyxdən Mədəniyyət nazirinə: “Bu, Azərbaycan adına rüsvayçılıqdır” – VİDEO

“Mədəniyyət naziri nəinki o dəfn mərasimində iştirak etməli, o mərasimi layiqincə təşkil etməliydi. O nazir yəqin özünü mədəniyyət adamı hesab etməyib, ona görə də dəfn mərasminə qatılmayıb. Eldar Quliyevi haqq dünyasına yola salmaq sənətkarın özünə lazım deyil. O, onsuz da Allahın dərgahına qovuşdu. Bu, Azərbaycanın, xalqın adı üçün lazımdır. Bu münasibət bizə görə təkcə xəcalət hissi deyil, həm də böyük bir rüsvayçılıqdır”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyli Mədəniyyət naziri Anar Kərimov və müavinlərinin “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri ilə təltif olunmuş Eldar Quliyevin dəfnində iştirak etməməsinə münasibət bildirərkən deyib.
Şeyx bunu rüsvayçılıq adlandırıb:
“Bu, böyük bir rüsvayçılıqdır. Bunlar hansı mədəniyyətə xidmət edirlər, ümumiyyətlə, bunların missiyası nədən ibarətdir? Eldar Quliyev milli kinonun bütöv bir mərhələsi, tarixidir. Bu qədər möhtəşəm xidmətlərin müqabilində əgər onu son mənzilə normal şəkildə yola sala bilmiriksə, heç mən burada ölmək belə istəmirəm. Elə istəyirəm, xəlvətdə ölüb, çıxıb gedim işimin dalınca”.
Xalq artisti E.Quliyev kimi sənətkarın Fəxri Xiyabanda dəfn olunmamasını da Azərbaycan mədəniyyəti adına rüsvayçılıq kimi dəyərləndirib:
“Söhbət dəyərdən və dəyər verəndən gedir. Gərək dəyər verən insan özü də dəyər səviyyəsində olsun. Bir şeyi başa düşə bilmirəm, Eldar Quliyev kino mədəniyyətində daha hansı xidmətləri göstərməliydi ki, onu ən azı ikinci Fəxri Xiyabana layiq görəydilər? Ona görə də bilmək istəyirəm, sənətə və sənətkara hər zaman dəyər verən ölkə prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevaya bu barədə məlumat verilibmi? Azərbaycanda nə qədər mədəniyyət qurumları var ki, orada neçə-neçə məmurlar oturub pul qazanır, kef edirlər. Zaman-zaman Azərbaycan mədəniyyətinə xidmət edən insana belə münasibət olarmı?”
Xalq artisti sarsıntı içində olduğunu bildirib:
“Baş verənlərə görə sarsıntı içindəyəm. Böyük xidmətləri olan insanlardan danışmıram, amma Fəxri Xiyabana o qədər təsadüfü adamları doldurublar ki… Rəhmətlik Tofiq Tağızadə deyirdi ki, Vətən torpağının fəxri, ya qeyri-fəxrisi olmur. Torpaq müqəddəsdir, amma söhbət sayılmaqdan gedir. Sabah, birigün Azərbaycanda möhtəşəm beynəlxalq kino, mədəniyyət tədbirləri, simpoziumlar keçiriləndə, nüfuzlu mədəniyyət xadimləri Eldar Quliyevin məzarını ziyarət etmək istəsə, onları hara aparacağıq, hansı məzarı göstərəcəyik? Ölüb yerə girəcəyik. Belə də ki, onsuz da ölüb yerə girmişik elə quru nəfəsimiz qalıb. Bu cür münasibət nə ölüyə, nə diriyə yaraşmaz”.
Əvvəlki yazı

Bu tarixlərdə ölkədə avtobuslar işləməyəcək

Sonrakı yazı

Nazirlik Vətən müharibəsi iştirakçılarının ailə üzvlərini işə götürdü

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.