14-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Şeyx Əbdül: “Ay qız, bizi rüsvay etmə”

08 Aprel 2024, 22:25
Maraqlı, Maqazin
A A
Şeyx Əbdül: “Ay qız, bizi rüsvay etmə”

Televiziyalara çıxarılan gənc oxuyanlar (mən onlara müğənni demirəm) efirdə ağızlarına gələni danışırlar. Biz bu rüsvayçılığa son verməliyik, belələrinin sayı günü-gündən artır, çünki bu yola maraq göstərənlər çoxalır. Biz kütləvi şəkildə onların qarşısını almalıyıq”.

Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Gənc müğənnilərin bir qisminin fəaliyyəti barədə danışan sənətçi onları sərt şəkildə qınayıb:

“Nə geyim-keçimlərini, nə danışıqlarını bilirlər, nə efir mədəniyyətləri var. Bilmirəm belələri hansı kənddən-kəsəkdən, hansı soydan-kökdən gəlir, amma düşünürəm ki, bir başı papaqlı, ağsaqqal, ağbirçəyi olsaydı, yəqin ki, qulağından çəkərdi ki, oxuyursansa, get oxumağınla məşğul ol, çıxıb efirdə ağzına gələni danışma, bizi rüsvay etmə, əxlaqsızlığı avropalaşmaq adı ilə millətə sırıma.

Mən bir gün belələrinin siyahısını tutub məhkəməyə verəcəyəm. Fərhad Bədəybəyli, Siyavuş Kərimli, Zeynəb Xanlarova, Flora Kərimovadan ibarət komissiya yaradacağam və bu gəncləri yoxlayacağam, görüm onların istedadı, ritmi varmı?”.

Xalq artisti bəzi meyxana ifaçılarını da tənqid edib:

“Bu gün hərəsi bir meyxana ritmi tutub çıxıb oxuyurlar. Haranı açırsan musiqili meyxana gedir. Meyxanaçıların içində yaxşı oğlanlar var, amma bəziləri keçiblər musiqiyə. Belə etməyin! Meyxana xalqın poeziyası, mənəviyyatı, ritmidir, meyxana gözəl sənətdir, niyə bunu şouya döndərib düşmüşünüz ortalığa?! Onda “manıs”larla sizin daha nə fərqiniz qaldı? Qədim folklor sənətimizi xalq uzun illər qoruyub saxlayıb, amma indi meyxanaçılar şoumenlik etməyə başlayıblar. Niyə?! Əgər şoumenlıik edəcəksinizsə, meyxananın adından istifadə etməyin!”.

Ə.Mahmudbəyov qeyd edib ki, hər yoldan ötənin televiziyaya çıxarılmasına imkan vermək olmaz:

“Səsi, ritmi, mədəniyyəti, əxlaqı olmayanları, düzgün tələffüz qaydalarını belə bilməyənləri efirlərə çıxarmaq olmaz! Telekanallar belə şeylərə diqqət etməlidirlər. Ucuz, səviyyəsiz sözləri ritm üstündə yığıb, çıxıb milyonların qarşısında səsləndirirlər. Əziz aranjemançılar, bu cür mahnıları belələri üçün hazırlamayın! Bunları efirlərə doldurmayın.

Mən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə üzümü tuturam, bu işi nəzarətə götürün! İfa mədəniyyətimizin qorunması bilavasitə sizin adınızla bağlıdır. Bu gənclər ifa mədəniyyətimizi pis günə qoyurlar, niyə səsinizi çıxarmırsınız?!

Bu gün hər yoldan ötəni televiziyaya buraxsaq, sabah bunun qarşısını almaq çətin olacaq. Bir müddət sonra uşaqlarımız da üzümüzə qayıdacaq, deyəcək ki, “bu dəbdir”. Çünki gözünü açıb televiziyada, sosial şəbəkələrdə gördüyü budur. Gec olmadan həyəcan təbili çalmağın vaxtıdır”.

Əvvəlki yazı

Paşinyan HÜCUMDAN danışdı: Vaxtı çatıb…

Sonrakı yazı

İrəvanın mərkəzində azərbaycanlı saxlanılıb?

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.