06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər danışdı: “Sözüm sözdür!” (VİDEO)

29 Noyabr 2020, 16:09
Uncategorized
A A
Sevdiyi qızın anasına xəbərdarlıq edən əsgər danışdı: “Sözüm sözdür!” (VİDEO)

Bu günlərdə sosial şəbəkədə yayılmış bir videogörüntü izləyicilərin böyük marağına səbəb oldu. Videoda əsgərlərimizdən biri sevdiyi qızın valideynlərinə səslənir. Bildirir ki, istədiyi qızı ona verməsələr, qaçıracaq. O, qızın valideynlərinin müharibədən əvvəl ona “yox” dediklərini xatırladaq, yarızarafat-yarıciddi xəbərdarlıq edir. Əsgər yoldaşları da qızı qaçırmaqda ona kömək etməyə hazır olduğunu bildirirlər.
Qaynarinfo xəbər verir ki, həmin video ilə məşhurlaşan əsgər Ayaz Orucov bu haqda Modern.az-a da danışıb.
– Ayaz, videoya görə artıq hər kəs tərəfindən tanınırsan. Məşhur videonu qızın valideynləri görübmü?
– Əlbəttə, videonu çəkmişəm qızın valideynləri də görüb, sözümün üstündə də duracağam. Sevdiyim qızı mənə verməsələr, videoda dediyim kimi,  qaçırdacağam.
– İndi həmin xanımla danışa bilirsən?
– Xeyr, valideynləri icazə vermir, danışa bilmirik. Əlaqəmizi kəsiblər, mənim videomdan sonra qızın nömrəsini də qırıblar ki, danışa bilməyək.
 
– Sirr deyilsə, nəyə görə valideynləri qızlarının səninlə evlənməsinə razı deyillər?
– Bilmirəm, bəlkə də əsgərliyə getməyən birinə vermək istəyirlər qızlarını, mənim kimi müharibədə olan birinə yox. Əsgərlikdən yayınmağa çalışan adamlar var ki… Yəqin qızlarını elə birinə layiq görürlər…
– Hərbi xidmətdən qayıtdıqdan sonra nələr etməyi düşünürsən?
– Videonu çəkəndə nə demişəmsə, həmin sözlərimin üzərində duracağam. Mehribançılıqla olacaqsa, başqa məsələ, olmasa sevdiyim qızı qaçıracağam.
– Bəs sənin ailən bu haqda nə düşünür?
– Mən anamla yaşayıram. Anam hər zaman mənə dəstək olur. O da deyir ki, “necə istəyirsənsə elə et. O həyatı sən yaşayacaqsan”.
– Sevdiyin qızla necə tanış olmusan? Uşaqlıqdan sevirsiniz bir-birinizi?
– Biz Tovuz rayonunda qonşuyuq. Onlar 8-ci, biz 10-cu küçədə yaşayırıq. Bəli, uşaqlıqdan münasibətimiz var. Artıq iki-üç il olar ki, bir-birimizi sevirik. Mən hərbi xidmətdən qayıdandan sonra evlənmək niyyətimiz var.
– Döyüşə gedəndə nələr düşünürdün, necə hisslərlə getmişdin?
– Mən 1999-cu il təvəllüdlüyəm. Ümumiyyətlə, müharibə görməmişdim. İlk dəfə Füzuli istiqamətindən bizə hücum əmri gələndə, Allahdan istədim ki, əgər şəhid olaramsa, parçalanmış şəkildə olum, üzüm belə tanınmasın. Çünki əgər mənim tabutum evə gəlsəydi, anam deyəcəkdi ki, üzünü görüm. O şəkildə anam məni görsə, mənimlə birlikdə o da öləcəkdi.
Amma şükürlər olsun ki, artıq müharibə bitib. Mən də sağ-salamat vətənə borcumu yerinə yetirə bildim.
– Əsgərliyə könüllü getmisən?
– Bəli könüllü olaraq döyüşlərin ilk günündən buradayam. Hələ müharibə başlamazdan öncə cəbhəyə ilk yollanan biz olmuşuq. Sentyabrın 21-dən gəldim, 27-si döyüşlər başladı. Əsgərliyimi iki il öncə bitirmişdim.
– Dedin ki, ananla tək yaşayırsan, onunla danışırsanmı, necədir?
– Yaxşıdır. Ordudan bir günlük icazə almışdım, anam bir az xəstələnmişdi. Hazırda ona baş çəkmək üçün Tovuza gəlmişəm, elə bu gün də əsgər qardaşlarımın yanına qayıdacağam.

Əvvəlki yazı

Sabah hava yağışlı olacaq

Sonrakı yazı

Xırdalanda partlayış: Doqquz ailə evsiz qaldı, iki maşın yandı (RƏSMİ)

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.