Reportyor.info Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu “7 canlı” axşam şousunda deyib.
Sənətçi bildirib ki, onun telefonuna cərimələrinin olması SMS vasitəsi ilə gəlmədiyi üçün DYP tərəfindən avtomobili saxlanılıb: “Bizi yol polisi saxladı. Adətən, SMS vasitəsi ilə cərimə gəlir. Amma SMS gəlmədi. Biz də bilmədik ki, cəriməmiz var. Sürücüm yerində həmin cəriməni ödədi”.
Verilişin aparıcısı Vüsalə Əlizadənin “Bəs sürücünüz nə qədər cərimə ödədi” sualına Sevda “Rəqəm açıqlamaq istəmirəm. Onu deməyin” cavabını verib.
Proqramın gedişatında Yahyayevanın canlı efirə oturacaqları və salonu qırmızı rəngli dəri işləməli qara “Mercedes Benz Viano Long” markalı avtomobili nümayiş olunub. Qeyd edək ki, Sevda Yahyayeva illər əvvəl müsahibələrinin birində sözügedən nəqliyyat vasitəsinin xüsusi olaraq onun üçün düzəldiyinə görə, 200 min dollara başa gəldiyi açıqlamışdı.