Tanınmış müğənni, estrada ulduzu Sevda Yahyayeva repertuarına yeni mahnı daxil edib.
“Dəyərlim” adlı mahnının musiqisi Tərlan Məmmədhüseynova, sözləri isə Həsən Babayeva məxsusdur.
S.Yahyayeva yeni ifasına ekran həyatı da verib.
Klipin rejissoru Niko Abbasovdur.
“Mən bu mahnıya çox inanıram. Səmimi, hər kəsin sevgisini tərənnüm edən və könüllərdən xəbər verəcək bir işdir” deyə S. Yahyayeva bildirib.
