Serbiya Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada 78 ibtidai məktəb və 37 liseyin elektron poçt ünvanlarına bomba təhlükəsi ilə bağlı mesajların göndərildiyi açıqlanıb.
Açıqlamada şagirdlərin və müəllimlərin məktəblərdən təxliyyə edildiyi, polisin hadisə yerində olduğu və lazımi araşdırmalar aparılana qədər dərslərin dayandırıldığı bildirilib. Daxili İşlər Nazirliyinin rəsmiləri və məktəb direktorlarının əlaqə saxladığı, təhsildə fasilənin nə vaxt bitəcəyi ilə bağlı məktəb rəhbərliyinin valideynlərə məlumat veriləcəyi açıqlanıb.
İmtahanlar başa çatan məktəblərdə tədris bərpa edilib.