27-06-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

SENSASİYA: Cavid Qurbanov ölkədən milyonları bu yolla ofşora ötürürmüş… – ŞOK FAKTLAR / FOTOLAR

24 Noyabr 2018, 20:55
Cəmiyyət
A A
SENSASİYA: Cavid Qurbanov ölkədən milyonları bu yolla ofşora ötürürmüş… – ŞOK FAKTLAR / FOTOLAR

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədrini məlum “Panama Papers” qalmaqalı ilə nə bağlayıb?

Noyabrın əvvəlində Azərbaycan mətbuatında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun “TOPAZ”ın səhmlərinin 51 faizinə 38 milyon manat ödədiyi haqda informasiya yayıldı. Bildirildi ki, 8 ilə yaxındır Azərbaycanın idman mərc oyunlarının təşkilinə investisiya yatıran “Turkcell” şirkəti “Azerinteltek”dəki payını “Baltech Investment LLC”-yə satıb. Hansı ki, bu haqda ilk olaraq Türkiyənin nüfuzlu haberler.com portalı oktyabrın 30-da “Turkcell” şirkətinə istinadən açıqlama verdi…
Xatırladaq ki, məlum alqı-satqı anlaşmasınadək “TOPAZ”ın səhmlərinin 51 faizi “Turkcell” şirkətinə, 24,5 “Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova (“Lider” şirkətinə) məxsus olub.
Mətbuatda isə “Baltech Investment LLC”-nin sahibinin əslində Azərbaycan məmurlarından biri, məhz Cavid Qurbanov olduğu vurğulandı. İddia olundu ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb: “Belə anlaşılır ki, Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun “Baltech Investment LLC” vasitəsilə “Turkcell”ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb. Beləlikə də C.Qurbanov Azərbaycanın “qumar karlı” olmaq iddiasını gerçəkləşdirə bilib”.
Bu günlərdə Suveren.az mətbuatda dərc olunan məlum informasiya əsasında araşdırma apararaq, daha ciddi və sensasion faktlar əldə edib. Bu yazımızda oxucularımızı həmin faktlarla tanış edəcəyik.
Suveren.az-ın əldə etdiyi məlumata görə, “Baltech Investment LLC” şirkətinin qeyri-rəsmi sahibi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanovdur. Təbii ki, bunu rəsmi sənədlərlə təsdiq etmək mümkün deyil. Amma əlimizdə elə ciddi sənədlər var ki, həmin faktlarla tanış olan kimsə bu şirkətin –  “Baltech Investment LLC”-nin C.Qurbanova məxsus olduğunu inkar edə bilməz.
Hələlik onu qeyd edək ki, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi Türkiyə vətəndaşı Bülent Karanidir. Bu isim Azərbaycan oxucusuna, eləcə də inşaat sektorunda çalışan insanlara tanışdır. Çünki B.Karani 2012-ci ilədək “Azərinşaatservis” MMC-nin rəhbəri olub. “Beynəlxalq Bank işi”ndə adı keçən və Azərbaycan dövlətinin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan Bülent Karani 6 ildən çoxdur ki, ölkəmizdə axtarışdadır. Onun hələ “Azərinşaatservis” MMC-yə rəhbərlik etdiyi illərdən Cavid Qurbanovla biznes ortaqlığı olduğu deyilirdi. İddia olunurdu ki, məhz ikincinin hesabına dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətində podratçı kimi Karaninin rəhbərlik etdiyi şirkət çıxış edib. Lakin 2012-ci ildə şirkətin rəhbəri, Türkiyə vətəndaşı olan Bülent Karani müəmmalı şəkildə gecə ikən Azərbaycandan qaçıb…
“Beynəlxalq Bank işi”ni araşdırdıqda məlum olur ki, Bülent Karaninin rəhbərliyi dönəmində “Azərinşaatservis” MMC bu bankdan ən azı 250 milyon manat kredit götürüb. Bu vəsaitin geri qaytarılıb-qaytarılmadığı bəlli deyil. Lakin məhkəmədə “Azərinşaatservis”in “Azərbaycanda yol tikintisi ilə məşğul olan ən böyük şirkətlərdən biri” olduğunu ifadə edən Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də bu şirkətə 250 milyon manat kredit verildiyini təsdiqləyib.
Ən maraqlısı isə odur ki, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbərinin adı 2012-ci ildə bütün dünyanın gündəmini dəyişən “Panama Papers” sənədlərində də öz əksini tapıb. Hansı ki, hələ də bir çox xarici saytlarda Bülent Karaninin ofşor zonalara milyonlarla dollar çıxarmasından bəhs edən faktlar qalmaqdadır. Təbii ki, B.Karani bu pulları “Azərinşaatservis” MMC-nin rəhbəri kimi deyil, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi olaraq Azərbaycandan çıxarmaqda ittiham olunur(FOTOLAR).

Yeri gəlmişkən, görünür, “Baltech Investment LLC” şirlkəti vaxtilə (bəlkə, elə indi də – müəl.) çirkli pulların yuyulması ilə məşğul olduğundan, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri də bu şirkətlə ortaqlığını, daha dəqiq desək, həmin şirkətin qeyri-rəsmi sahibi olduğunu inkar etməkdədir.
Əlbəttə, Cavid Qurbanovun Bülent Karani ilə biznes ortağı olduğunu inkar etməsi başadüşüləndir. Hətta deyə bilər ki, B.Karani “Azərinşaatservis” MMC-yə rəhbərlik etdiyi dönəmdə nəqliyyat sahəsinin şefi o deyil, Ziya Məmmədov olub, 2012-ci ildə Azərbaycandan qaçan iş adamı da sabiq nazirə bağlı olub. Necə ki, vaxtilə bəzi saytlar da məqsədli şəkildə Bülent Karanini Ziya Məmmədovun biznes ortağı kimi təqdim edirdilər. Amma bu gün Z.Məmmədov heç bir vəzifə daşımır və keçmiş rəsmi və qeyri-rəsmi imtiyazları əlindən alınıb. Bəs o halda Azərbaycan dövlətinin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan, konkret olaraq “Beynəlxalq Bank işi”ndə adı keçən  və barəsində axtarış elan edilən Bülent Karani ölkəmizə sərbəst çəkildə necə gəlib-gedir?! Üstəlik, axı o, oktaybr ayında – “Türkcell” şirkətinin “Azerinteltek”dəki 51 faizlik səhmini satışa çıxardığı ərəfədə Azərbaycanda Ziya Məmmədovla görüşə gəlməmişdi…

Əvvəlki yazı

Ekspert Ilham Şaban:”Dekabrın 5-nə qədər neftin qiyməti 50 dollara düşə bilər”

Sonrakı yazı

İlham Əliyev Yaponiyanın Baş nazirini təbrik etdi

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldilər

25 İyun 2025, 14:01
Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

Mikayıl Cabbarov: “Azərbaycan enerji bazarındakı dalğalanmalardan makroiqtisadi sabitliyinə təhdid görmür”

25 İyun 2025, 13:55
“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

“Həkimin əməliyyatından sonra qızımın qulağında çürümə oldu”

25 İyun 2025, 13:35
Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

Birol Akgün: “Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”

25 İyun 2025, 13:31
Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

Cəzaçəkmə müəssisələrində yeni peşə təhsili müəssisələri tikiləcək

25 İyun 2025, 13:13
Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.