20-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Security Operation Services” MMC Gənclər Gününə həsr olunan tədbir keçirib – FOTOLAR

02 Fevral 2023, 21:46
Cəmiyyət
A A
“Security Operation Services” MMC Gənclər Gününə həsr olunan tədbir keçirib – FOTOLAR

 

Fevralın 2-də “Security Operation Services” (SOS) MMC şirkətinin təşkilatçılığı ilə Respublika Veteranlar Təşkilatının inzibati binasında Gənclər Gününə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

 

 

Azərbaycan Respublikasının himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan şirkətin direktoru Anar Məmmədov, qonaqları və tədbir iştirakçılarını salamlayıb və Gənclər Günüylə bağlı kollektivin gənc əməkdaşlarını təbrik edib.

 

 

A. Məmmədov qeyd edib ki, şirkətin əməkdaşlarının böyük əksəriyyətini gənclər təşkil etdiyindən müəssisədə Gənclər təşkilatının yaradılmasına zərurət yaranmışdır.

A. Məmmədov bildirib ki, əsas məqsədləri ölkədə fəaliyyət göstərən özəl mühafizə xidmətləri arasında birincilər sırasında olmaqdır.

“Bir daha Gənclər Günü münasibətilə sizi təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!”,- deyə A.Məmmədov çıxışını yekunlaşdırıb.

 

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Suraxanı rayon Gənclər evinin direktru Natavan Rüstəmova tədbirdə çıxış edərək bildirib ki, 2 fevral tarixi Azərbaycan gəncləri üçün özəl bir gündür: “Mən qürur duyuram ki, bu gün bizim belə vətənpərvər gənclərimiz var. Bu gənclərlə cəmiyyətimiz arasında güclü bir bağ, birlik yaranıb. Biz özəlliklə 44 günlük Vətən müharibəsində bu birliyin şahidi olduq. Bu birliyə gənclərimiz sayəsində nail olduq. Ona görə də mən bütün gənclərimizlə qürur duyuram!”.

 

 

Ətraflı

Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov da tədbirdə çıxış edib: “Çox sevindirici bir haldır ki, bu gün “SOS” MMC-də çalışanların əksəriyyəti müharibə veteranları və bizim gənclərimizdir. Onlar vaxtilə orduda uğurlu xidmət göstəriblər və bu gün də dövlətimizin strateji obyektlərinin mühafizəsində yaxından iştirak edirlər.

Ölkəmiz qısa bir zaman ərzində dünyanın aparıcı ölkələriylə sosial, siyasi, iqtisadi əlaqələr qurmağı bacardı. Təbii ki, bu, gənclərimizin aktiv fəaliyyəti nəticəsində baş verdi. Bizim gənclərimiz həm də dövlətimizin rezervləridirlər. Bir daha bu özəl gündə bütün gənclərimizi səmimi qəlbdən təbrik edir, onlara uğurlar arzulayıram!”.

 

 

Respublika Veteranlar Təşkilatının əməkdaşı, Dövlət Qulluğunun baş müşaviri Rasim Mirzəyev çıxış edərək bildirib ki, ölkəmzidə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “Daha sonra bu uğurlu siyasəti ölkə başçısı Prezident İlham Əliyev davam etdirib. Bu siyasətin təməli – gənclərin istiqamətləndirilməsi, onlara dəstək verilməsi, güc və potensallarından dövlətmiz, millətimiz üçün istifadə etmək olub. Hesab edirəm ki, gənclərimiz daim bir-birinə dayaq durmalı, dəstək verməlidirlər”.

 

 

“SOS” MMC-nin 20 saylı komandasının rəis müavini Elvin Mikayılov da tədbirdə çıxış edərək bildirib ki, hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir: “Sosial həyatın bütün sferalarına nəzər salsaq görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Bu, ölkə başçısı cənab İlham Əliyevin gənc kadrların irəli çəkilməsiylə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətin qarşılığında Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışırlar”.

 

 

“SOS” MMC-nin İctimaiətlə Əlaqələr üzrə direktor müşaviri Almaz Əhmədova da tədbirdə çıxış edib: “Azərbaycan gəncləri üçün ən həlledici sınaq 27 sentyabr tarxində başlayan və Zəfər Günüylə yekunlaşan 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan ordusunun sıralarında vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz bu şanlı zəfər sayəsində torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Bu gün gənclərimiz sosial həyatın bütün sferalarında təmsil olunurlar. Gənclərimiz ölkə həyatında yüksək fəallıq nümayiş etdirərək, dövlətə, Vətənə bağlılıqlarını daim bizə göstərirlər”.

A. Əhmədov qeyd edib ki, “SOS” MMC iki ildən bir qədər artıq müddətdir fəaliyyət göstərsə də, bir çox uğurlara imza atıb: “Bu dövrdə İkinci Qarabağ müahribəsində iştirak edən 217 nəfər vətəndaşımız işlə təmin olunub. Həmçinin Birinci Qarabağ savaşında iştirak edən 83 nəfər əməkdaşımız var. Onu da qeyd edim ki, 217 nəfər müharibə iştirakçısının 17 nəfəri şəhid ailələrinin üzvləridir. Biz hər zaman öz fəaliyyətimizlə Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətini dəstəkləyəcəyik”.

Sonda təşkilati məsələlər davam etdirilmiş “SOS” MMC -nin Gənclər təşkilatının sədr və muavinləri, şura üzvləri seçilmişdir.

Şirkət rəhbərliyi və qonaqlar Azərbaycan Respublikası Müharibə Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə səmimi söhbət əsnasında gələcəkdə müharibə veteranlarının işlə təmin olunması və qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıblar.

“AzPolitika.info”

 

Əvvəlki yazı

Kamran Əliyev bu şəhərin prokurorunu işdən çıxardı

Sonrakı yazı

Sevməyi bacarmayan bürclər – Kimlər sevgini qarşı tərəfdən gözləyir?

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

“Qalenvagen”lə “Şevrolet” toqquşdu, xəsarət alan var – VİDEO

18 İyul 2025, 18:46
Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

Prezident Xocalıda sakinlərlə görüşdü – FOTOLAR

18 İyul 2025, 18:35
Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

Tanınmış meyxanaçının restoranında BİABIRÇILIQ: qonaqlar ac getdi — VİDEO

18 İyul 2025, 18:23
Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

Bakıda sürücülər arasında əlbəyaxa dava – ANBAAN VİDEO

18 İyul 2025, 18:20
Xocalı kərpic zavodunun açılışı olub

Xocalı kərpic zavodunun açılışı olub

18 İyul 2025, 18:14
İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

İstixanada pomidor yox, çətənə kolları əkirmiş… – Video

18 İyul 2025, 18:09
Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

Bakı Şəhər İcra Hakimiyyəti 117 min manatlıq it yemi alır

18 İyul 2025, 18:06
Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

Bakı-Naxçıvan-Bakı avtobus reysləri bu tarixdən bərpa olunur

18 İyul 2025, 14:10
Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub

18 İyul 2025, 14:06
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.