03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Seçkilərdən sonra referendum olacaq? – Açıqlama

26 İyul 2024, 10:32
Siyasət
A A
Seçkilərdən sonra referendum olacaq? – Açıqlama

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 75

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq partiyalar namizədlərini müəyyənləşdirib, müstəqil şəxslər ayrı-ayrı dairələrdən namizəd olublar.

 

Qeyd edək ki, növbədənkənar parlament seçkilərindən öncə Azərbaycanda referendumun keçiriləcəyi barədə iddialar yayılmışdı. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarışıq seçki sisteminə keçid ediləcəyi deyilirdi.

 

Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin önə çəkilməsi refendum barədə müzakirələri səngitdi. Buna baxmayaraq, bəzi ekspertlər və ictimai şəxslər referendum mövzusunun hələ aktual olduğunu düşünür.

 

Siyasi şərhçilər referendumun növbəti il, bələdiyyə seçkilərindən sonra, bəziləri isə Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra keçirilə biləcəyini deyirlər.

 

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov deyir ki, Azərbaycanda 2018-ci ildən Prezident İlham Əliyev tərəfindən geniş əhatəli islahatlar paketi icra olunur:

 

“Əsasən 2020-ci ildə əldə edilən qələbə və ondan yaranan yeni siyasi reallıqlar ölkəmizi həm geopolitik, həm də qlobal aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarır və gün keçdikcə daha böyük vüsət alır. Siyasi institutların yenilənməsi, yeni çağırışlara uyğunlaşmaq məsələləri də prioritetdir. Biz 2024-cü ildə suverenliyimizi tam bərpa etmişik. Əsasən siyasi institutlarda sabitlik bərqərar olunmalıdır. Azərbaycan Prezidenti növbədənkənar Prezident seçkilərinin keçirilməsi üçün sərəncam verdi. Bundan sonra xalq yenidən cənab İlham Əliyevi öz lideri olaraq seçdi. Bunun ardınca Parlament seçkilərinin növbədənkənar keçirilməsi də reallıqların tələbidir. İlk dəfə olaraq ölkəmizin bütün ərazisində vətəndaşlarımız öz nümayəndələrini Parlamentə seçəcəklər. Qarşıda olan COP29 tədbirinin seçkilərlə eyni dövrə təsadüf etməsi seçkilərin vaxtının dəyişdirilməsini labüd etdi. Dekabrda bələdiyyə seçkilərinin də keçirilməsi təmin ediləcək. Dövlətimiz bütün seçkilərdən üzüağ, alnıaçıq çıxacaq”.

 

V.İskəndərovun sözlərinə görə, geniş müzakirə olunan məsələlərdən biri də referendum keçirilməsi ilə bağlıdır:

 

“Uzun müddətdir həm siyasi məkanda, həm də məişət zəmnində bu məsələ müzakirə olunur. Yüz illərlə dəyişilməz qalan qanunların sayı çox azdır. Qanunlar ya dəyişir, ya da siyasi tələblər və yeni çağırışlar nəticəsində islahatlar həyata keçirilir. Ölkəmiz də bu işlərdə iştirak etməli, lazımi islahatları həyata keçirməldir. Zaman-zaman bəzi qanunda dəyişikliklərə, referendumların keçirilməsinə ehtiyac duyulur. Bu bütün dünya dövlətlərinin keçdiyi bir yoldur. Bunlar ölkə başçısının səlaiyyətlərinə aiddir. Ölkə sifarişi varmı, yaxud lazımdırmı məsələsi müzakirə olunur. Hələlik qarşıda parlament seçkilərimiz və sonrasında da bələdiyyə seçkiləri durur. Referendumun keçirilməsi həyata keçiriləcəksə, bir sıra müddəalar yenilənməlidir”.

 

Müsahibimiz sonda qeyd edib ki, bu məsələlərdən ən çox danışılanlardan biri də yerli icra hakimiyyəti orqanları ilə bağlı məsələdir:

 

“Biz bunu əlimizdə konkret fakt olmadığı üçün fərziyyə kimi qeyd edə bilərik. Referendum olacaqsa, təbii ki, orada kifayət qədər maddələr, yeni qanunlar öz əksini tapacaq. Amma onun hazırda keçirilməsinin vacib olub-olmaması, yaxud nə vaxt keçirilməsi məsələsi aktual deyil. Çünki qarşımızda parlament və bələdiyyə seçkiləri var. Təbii ki, referendum məsələsi labüd olacaqsa, bu xalqın iradəsi ilə bağlıdır. Buna uyğun olaraq da ölkə Prezidenti referendum keçirilməsi ilə bağlı hüququndan istifadə edəcək. Düşünürəm ki, zamanı gələndə referendumun keçirilməsi təmin ediləcək.

Əvvəlki yazı

Azərbaycanla sülh sazişinin vaxtıdır – ABŞ

Sonrakı yazı

Sevimli Dad”da zərərli maddə var – Foto

Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.