08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib

27 Aprel 2019, 14:39
Cəmiyyət
A A
“Sazın məcnunu Azər” adlı möhtəşəm tədbir keçirilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında ünlü solo-saz ifaçısı Azər Xan­lar­oğlunun anım gecəsi keçirilib. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİYİB) növbəti ortaq mədəniyyət layihəsi olaraq keçirilən və “Sazın məcnunu Azər” adlanan tədbirdə millət vəkilləri, QHT, KİV təmsilçiləri, alimlər, Azərin sənət dostları, doğmaları, saz-söz vurğunları və b. iştirak edib. Bu, yeni nəsil sənətçiləri arasında özü­nəməxsus yeri olmuş,mərhumAzər Xanlaroğlunun bu il 27 apreldə növbəti doğum günü tamam olur. İlk dəfə Azərin özü aramızda olmadan keçirilən adgünü ərəfəsində baş tutan tədbir sənətsevərlərin sənətçiyə vəfa borcudur. Gecənin aparıcısı Çiçək Mah­mudqızı qeyd edib ki,nakam sənətçinin adına düzənlənən sənət gecəsində Azərin sənət yoluna işıq salınması,onun həyatına, sənət yoluna işıq salan filmin nümayişi, Azərin repertuarından ən seçmə ifa­ların səsləndirilməsi,habelə Azərin sənət dostlarının canlı ifaları “Sazın məcnunu Azər” gecəsini günümüzün yaddaqalan mədəni tədbirlərindən birinə çevirib.O, gecənin təşkilatçısı olan ictimai birliklərin ortaq mədəni layihə həyata keçirməsini, bu layihəni bir nakam yeni nəsil sənətçisinə həsr etməsi təqdi­rə­layiq haldır. ABAİB prezidenti, Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, “klassik aşıq hava­larında da, öz gülləri, xalları ilə fərqli ifalar edən Azər, həm klassik irsə sayğısı, həm o irsə nə qədər vaqif olması, həm də sənətin yeni imkanlara malik olmasını göstərməsi ilə seçilib. Azər sənətinin aşiqi idi və bu aşiqlik yalnız aşiqlikdə qalmırdı, o sənətini idrak edirdi. Sənətçinin aşiqlik və idrak prosesini bir arada təcalla etdirə bilməsi çox vacib məqamdır. Azər məhz belə məqamlarla diqqəti cəlb edir, şöhrətlənirdi”. Təəsüf ki, biz artıq keçmiş zamanda danışırıq. Təəssüf ki, sənətinin vurğunu olan Azər, öz sağlamlığına da vurğun olmadı, özünü qorumadı… Ancaq nə etmək olar? Bugün təsəllimiz Azərlə et­di­yimiz söhbətlər, onunla görüşlərimiz və əlbəttə, onun yaddaqalan ifalarıdır. Sənətçi həm şəxsiyyəti həm də, sənəti ilə yad edilincə dah gözəl olur. Azərin ruhu şad olsun ki, bu gö­zəlliyi bizə bəxş edib. Aşıq Alı deyirdi: “Ölüm haqdır, çıxmaq olmaz ömürdən”. – Azər atasını erkən itir­miş­di. Tanrıdan arzu-niyaz edirik ki, bu gedişat son bulsun və heç bir doğmamız erkən ölüm­lərlə sarsılmasın.Azər atasının sazını yiyəsiz qoymadı, tazanəsini təzələdi, atasının qızıl fonda düşən ifalarını da cəsarətlə ifa etdi və “usta oğlundan şagird olmaz” kəlamını bir daha təsdiqlədi. Ruhu şad olsun!”Sözünün davamında gecənin aparıcısı və Azərlə bağlı filmin ssenari müəllifi Çiçək Mah­mudqızına, tədbirin hazırlanmasında əməyi keçən könül dostlarına təşəkkür edən xa­nım deputat, tədbir iştirakçılarına, mərhum sənətçinin ailə üzvlərinə öz ehtiramını bil­dirib. Sonra Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mər­kəzinin müdiri dos.dr.Cihan Özdəmir, folklorşünas-alim Elxan Məmmədli,Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” qəzetinin baş redaktoru Musa Nəbioğlu,RHİYİBsədri Arzu Bağırova çıxış edərək,aşıq sənətinin dünəni-bugünü və gələcəyi, bu bağlamada, Azərbaycanda aşıqlıq sənətinin çağ­daş durumu və Azər Xanlaroğlunun sənət məziyyətləri ilə bağlı fikirlərini bölüşüb. Gecənin musiqili qonaqları – aşıqlar: Şəh­riyar Qaraxanlı,Zülfiyyə Aşıqlı, Bala Xanlar (Eyvaz Təbrizli), Səyyad Aydınoğlu, Elməddin Məmmədli, Fəzail Miskinli,Şəhriyar Şah­verdiyev, xanəndə Zemfira İbrahimova öz ifaları ilə gecəyə rəng qatıb, tamaşaçıların alqışını alıb. Sonda ailə adından Azərin bacısı oğlu Süleyman çıxış edib, təşkilatçılara, tədbir işti­rakçılarına təşəkkür edib.

Əvvəlki yazı

Uruqvay Xarici Əlaqələr Nazirliyi:”Dağlıq Qarabağın müstəqilliyini tanımırıq”

Sonrakı yazı

Məhkəmə “Təfəkkür” Universiteti ilə bağlı qərarını elan edib

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.