06-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“SARKİSYAN ƏLİYEVLƏ RAZILAŞMIŞDI…” – “Kim deyə bilər ki, bu rayonlar Ermənistanın ərazisidir?” (VİDEO)

27 Oktyabr 2018, 20:10
Manşet
A A
“SARKİSYAN ƏLİYEVLƏ RAZILAŞMIŞDI…” – “Kim deyə bilər ki, bu rayonlar Ermənistanın ərazisidir?” (VİDEO)

2016-cı ilin aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında yeni situasiyanın yarandığı heç kim üçün sirr deyildi. Eyni zamanda, bu əməliyyatın dayandırılmasında Rusiyanın xüsusi rol oynadığı və ərazilərin qaytarılması ilə bağlı müəyyən razılıqların əldə edildiyi barədə də mətbuatda məlumatlar yayılmışdı.

Sonrakı hadisələr həmin məlumatların həqiqət yükünün az olmadığını göstərirdi. Lakin proses bu ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində dalana dirəndi və nə zaman yerindən tərpənəcəyi də bəlli deyil. Əvəzində, yeni baş nazir Nikol Paşinyan sərsəm bəyanatlar verməyə, münaqişənin dinc yolla həllini mümkünsüz edən çıxışlar etməyə başladı. Hazırda isə Ermənistanda siyasi böhran hələ də öz həllini tapmamış qalır və yeni parlament seçkilərinin keçirilməsi qaçılmaz görünür. Bir sözlə, bu ölkədə baş verənlər Qarabağ münaqişəsinin həlli prosesinin bir az da ləngidilməsinə xidmət etməkdədir.

Bir müddət əvvəl isə Füzuli rayonuna səfər etmiş məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko öz verilişində səfərin detallarını açıqlayaraq, Paşinyanın hakimiyyətə gəlişinin Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərdiyini və qarşıdurmanın dərinləşməsinə xidmət etdiyini bildirib. O, YouTube kanalında yayımlanan həmin verilişində doğrudan da Serj Sarkisyanın ərazilərin qaytarılması ilə bağlı müəyyən razılığa gəldiyini iddia edib.

“AzPolitika.info”nun məlumatına görə, Azərbaycan mediasının diqqətindən yayınan bu verilişdə M.Şevçenko əvvəlcə öz erməni izləyicilərinə üz tutaraq, onları vicdanlı olmağa çağırır: “Məni bir çox erməni dinləyicilər ittiham edirlər ki, siz satılmısınız, siz Bakıdan pul almısınız. Birincisi, söz verirəm ki, mən pul almamışam. Mənə pul təklif etsəydilər, qətiyyən oraya getməzdim. Biz Azərbaycanın işğal olunan rayonlarına getmişdik. Tutaq ki, Dağlıq Qarabağın ərazisi mübahisəlidir. Ancaq beynəlxalq hüququn bütün normalarına görə, Fizuli, Laçın, Cəbrayıl, Ağdam və digər rayonlar Azərbaycan Respublikasının ərazisidir və qanunsuz şəkildə erməni silahlı birləşmələri tərəfindən 90-cı illərin əvvəllərində Rusiyanın Yeltsin rejiminin dəstəyilə işğal olunub. Hansı erməni deyə bilər ki, bu belə deyil? Kim deyə bilər ki, bu rayonlar Ermənistanın ərazisidir?”

shevcenko

Daha sonra ermənilərin həyasızlığına işarə vuran M.Şevçenko erməni qoşunlarının Dağlıq Qarabağın ətraf rayonlarından qeyd-şərtsiz çıxarılmalı olduğunu bildirir: “Mən hərdən belə fikirlər oxuyuram ki, bura bizim (Ermənilərin-red.) qədim torpaqlarıdır, biz həmişə orada yaşamışıq. Bilirsiniz, bu söhbətləri yığışdıraq. Azərbaycanın işğal olunmuş ərazilərindən erməni hərbi birləşmələri çıxarılmalıdır. Bundan sonra 1 milyonadək azərbaycanlı qaçqın vətəninə qayıtmalıdır. Həmçinin, mən hesab edirəm ki, ermənilər də Azərbaycan ərazisinə, azərbaycanlılar isə Ermənistana qayıtmalıdırlar. Ermənistandan 400 mindən artıq azərbaycanlı qovulub. Bu, bütün insanların faciəsi olub. Və mən oraya onu deməyə getmişdim ki, müharibə bütün bu məsələlərin həm Azərbaycan, həm də Ermənistan xalqı üçün pis həllidir”.

Rusiyalı jurnalistin öz verilişində toxunduğu ən maraqlı məqamlardan biri isə İlham Əliyevlə Serj Sarkisyan arasında işğal olunmuş ərazilərin qaytarılmasına dair razılığın əldə olunmasıdır: “Bu rayonlar heç bir bazarlıq edilmədən azad olunmalıdır. Mən deyə bilərəm ki, Serj Sarkisyan, İlham Əliyevlə 5 rayonun qaytarılması ilə bağlı razılaşmışdı. Bu, gərginliyin aradan qaldırılmasına gətirə bilərdi. Bu, həm də Ermənistanın Cənubi Qafqazın iqtisadi sisteminə qayıdışını təmin edərdi…”

Paşinyanın hakimiyyətə gəlişinə toxunan M.Şevçenko bunun yalnız münaqişənin yenidən qızışmasına xidmət etdiyini söyləyir. Və sözsüz ki, jurnalistin dedikləri bu gün öz təsdiqini tapmaqdadır. O, həmin çıxışında bildirir ki, sülh prosesi məhz Ermənistanda baş verən çevriliş səbəbindən yarımçıq qalıb: “Sarkisyanı çıxardılar, Paşinyan gəldi. Mən Paşinyanın siyasətinin əleyhinəyəm. Mən hesab edirəm ki, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması siyasəti və sülh prosesi davam etdirilməlidir. Mən əminəm ki, millətçilik miflərilə korlaşmayan bütün ağıllı ermənilər məni dəstəkləyirlər. Mən tərəfləri real sülh dialoquna çağırıram. Yox, əgər bu dialoq çevriliş səbəbindən İlham Əliyevlə Sarkisyan arasındakı dialoq kimi kəsilərsə, o zaman orada (Azərbaycanda-red.) hamı müharibəyə hazırdır. Buna Azərbaycana aid pozisiyalarda əmin oldum. Onlar öz vətənləri uğrunda savaşmağa hazırdırlar…”

Daha sonra azərbaycanlılara aid qəbristanlıqların dağıdılmasına toxunan jurnalist Cənubi Qafqazın sülhə ehtiyacının olduğunu bildirir və onu təhqir edən ermənilərə üz tutaraq, “Qoy Tanrı sizi mühakimə etsin” deyir.

M.Şevçenkonun sözügedən çıxışının videoyazısını təqdim edirik:

Əvvəlki yazı

Azərbaycan Mətbuat Şurasının bəyanatı

Sonrakı yazı

“HEÇ BİRİNCİ SİNFƏ GETMƏMİŞƏM, HƏKİMLİK DƏ EDİRƏM…” – “Şərurlu İsfəndiyar” (Müsahibə)

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39
Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

Səssizliyin musiqisi: Röya’dan akustik “Ağlama”

04 İyul 2025, 12:35
Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi

04 İyul 2025, 12:32
Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

Konstitusiya Məhkəməsinin 4 yeni hakimi

04 İyul 2025, 12:25
Gəncədə kuryer qəzaya düşdü

Gəncədə kuryer qəzaya düşdü

04 İyul 2025, 12:23
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndidə Zirvə görüşü başlayır

04 İyul 2025, 12:20
Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb”

02 İyul 2025, 17:15
Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

02 İyul 2025, 17:10
“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

“Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək”

02 İyul 2025, 17:09

Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı “Baku Plaza”ya gəliblər

30 İyun 2025, 19:22

Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır

30 İyun 2025, 19:18
Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

Volodimir Kreydenko: Ukrayna Yekaterinburqda baş verən vəziyyətlə bağlı ağrını və ədalətli qəzəbi yaxşı başa düşür

30 İyun 2025, 19:09
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

30 İyun 2025, 19:06
Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı

30 İyun 2025, 19:01
PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir?

30 İyun 2025, 18:57
Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

Aİ səfirindən Rusiyadakı soydaşlarımıza qarşı zorakılığa reaksiya

30 İyun 2025, 18:50
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

30 İyun 2025, 18:47
DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

DİN-dən “Sputnik-Azərbaycan”dakı əməliyyatla bağlı

30 İyun 2025, 18:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.