Samuxda tələbə qız intihar edib
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Eldar kəndində qeydə alınıb. Kənd sakini, 2000-cı il təvəllüdlü Bəsti Yasin qızı Allahverdiyeva özünü yaşadığı evin çardağından asaraq intihar edib.
Onun 2-ci kurs tələbəsi olduğu bildirilir. Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb.
Onun hansı səbəbdən intihar etdiyi hələki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.