03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Samir Şərifov: “Neft 30-35 dollar olsa, Azərbaycan əhəmiyyətli məbləğ itirməyəcək”

13 Mart 2020, 10:52
Gündəm
A A
Samir Şərifov: “Neft 30-35 dollar olsa, Azərbaycan əhəmiyyətli məbləğ itirməyəcək”

“Koronavirusun mənfi təsirlərinə məruz qalan sahələr əsasən iqtisadiyyatın turizm, hava nəqliyyatı, otelçilik və ictimai iaşə və bunlarla bağlı olan sektorlarıdır”.

Bunu Maliyyə naziri Samir Şərifov AzTV-nin “Hədəf” verilişində neft bazarlarında baş verən son prosesləri və onun Azərbaycanın dövlət büdcəsinə təsirini şərh edərkən deyib.

S.Şərifovun sözlərinə görə, neft bazarının da enməsi məhz neftə olan tələbatın bir qədər azalması ilə bağlıdır: “Ona görə də OPEC+ formatına daxil olan ölkələr arasında belə bir fikir formalaşmışdı ki, bunlar bazarda baş verən proseslərə adekvat cavab verməlidir.

Cavab ondan ibarət idi, daha doğrusu, belə düşünülürdü ki, bütün ölkələr tərəfindən hasilatın həcmi bir qədər azaldılsın. Bunun nəticəsində qiymətin sabitliyi təmin edilməli idi. Lakin bildiyimiz kimi, vəziyyət bir qədər başqa cür oldu. Bu artıq reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq.

Hər bir neft hasil edən ölkə kimi Azərbaycan da mənfi təsirlərə məruz qalıb və bununla əlaqədar sualların yaranması təbiidir. Lakin qeyd etmək istərdim – Azərbaycan dövlət büdcəsinin strukturu elədir ki, neft qiymətlərinin enməsi bilavasitə cari ilin büdcəsinə o qədər də təsir göstərmir. Bu onunla bağlıdır ki, dövlət büdcəsində neft sahəsindən gəlirlər əsasən iki istiqamət üzrə formalaşır.

Bunlardan biri hasilatın pay bölgüsü sazişlərində fəaliyyət göstərən şirkətlər tərəfindən ödənilən vergilərdir. Digəri isə bizim Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilərdir. Dövlət Neft Şirkətinin əldə etdiyi gəlirlər və müvafiq olaraq ödədiyi vergilər əsasən daxili bazarda onun satdığı məhsullar hesabına formalaşır”.

Nazir qeyd edib ki, daxili bazarda da qiymətlər sabitdir: “Yəni biz burada hər hansı enişləri gözləmirik. Burada sabitlik var. Tam əminik ki, Dövlət Neft Şirkəti proqnozlaşdırılan gəlirləri əldə edəcək və müvafiq olaraq payına düşən vergi öhdəliklərini yerinə yetirəcək”.

Nazir büdcə gəlirlərinin azalmasının iki səbəbdən baş verə biləcəyini də qeyd edib: “Dövlət Neft Şirkəti üzrə xaricdə xam neftin və bəzi neft məhsullarının satışı üzrə gəlirlərin bir qədər azalması gözlənilir. Lakin daha çox gəlirlər hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərdə azalacaq. Biz bunu burada daha çox görürük.

Onu da qeyd etmək istərdim ki, burada da müəyyən bir struktur var – vergi öhdəliklərinin ödənilməsi strukturu. Bu da ondan ibarətdir ki, ötən ilin son rübünün öhdəlikləri cari ilin birinci rübündə ödənilir. Artıq bu ödənişlər edilib. Həmin ödənişlər də illik proqnozun 40%-ni təşkil edir.

Beləliklə, bizim hesablamalarla hətta bu gün bazarda olan kifayət qədər aşağı qiymətləri, yəni 30-35 ABŞ dolları arası qiymətləri götürsək, həmin neftin gəlirlərimizə təsirini 270-340 milyon manat görürük.

Bu çoxdurmu, ya yox? Dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 24 mlrd 134 mln manat səviyyəsindədir. Yəni söhbət 1,1-1,4% büdcə gəlirlərindən gedir. Bu isə o qədər də əhəmiyyətli məbləğ deyil.

Digər tərəfdən, cari ilin ilk iki ayında bizim fiskal orqanlarımız (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən proqnozlar artıqlaması ilə icra olunub.

Dövlət Vergi Xidməti tərəfindən 180 mln manat, Dövlət Gömrük Komitəsi tərəfindən isə 74 mln manat artıq vergilər təmin edilib. İkisi bir yerdə 254 mln manat edir. Burada da artıq ödənişlər hesabına bizdə müəyyən “yastıq” yaranıb…”

S.Şərifov Dövlət Neft Fondunun da transfertlərinin azaldığını qeyd edib: “Büdcə gəlirlərimizi formalaşdıran digər mənbə şübhəsiz ki, Dövlət Neft Fondudur. Dövlət Neft Fondunun transfertlərinin xüsusi çəkisi 47%-dir və bu 11 mlrd 350 mln manat məbləğində transfert nəzərdə tutulub. Hesab edirik ki, bu transfert də tam həcmdə icra olunacaq. Bunun üçün hər hansı problem görmürük.

Onu da etiraf etməliyik ki, Dövlət Neft Fondunun gəlirləri mənfəət neftinin satışı hesabına formalaşır. Yəni onlar nəzərdə tutulduğundan daha az olacaq. Bu aydın faktdır. Lakin onu qeyd etməliyəm ki, son illər ərzində biz ardıcıl surətdə Dövlət Neft Fondunun aktivlərinin artırılması istiqamətində iş aparırıq.

…Bizim maliyyə mövqeyimiz xeyli artıb. Yəni cari ilin dövlət büdcəsinə transferti dollar ifadəsində 6,8 mlrd ABŞ dolları təşkil edib.

Biz 2013-2014-cü illəri yada salsaq görərik ki, bu rəqəm ABŞ dolları ifadəsində 2 dəfə artıq idi. Yəni dövlət büdcəsinə ABŞ dolları ifadəsində edilən transfertin məbləği kəskin surətdə azalıb və dövlət tərəfindən həyata keçirilən siyasət də öna yönəldilib ki, biz neft gəlirlərindən asılılığımızı tədricən azaldaq. Şübhəsiz ki, bu, bir gün ərzində olan iş deyil”.

Əvvəlki yazı

Bu ölkələrə səyahət etmək məsləhət deyil

Sonrakı yazı

Tahir Salahovun qızı karantinə alındı

Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35
Bakıdakı ağır qəzanın görüntüləri – Video

Bakıdakı ağır qəzanın görüntüləri – Video

02 Fevral 2026, 13:53
Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

Vilayət Eyvazov Qəbələdə vətəndaş qəbulu və sıra baxışı keçirdi – Video

02 Fevral 2026, 13:51

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.