Salyanın Cadırlı kəndində 13 yaşlı qız uşağı zorlanıb.
Reportyor.info-ya kənd sakinləri bildirib ki, azyaşlının atası rəhmətə gedib, ana isə xəstəxanadadır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reportyor.info -ya verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.