Dünya şöhrətli müğənni Şakira vətəndaş nikahında yaşadığı futbolçu Jerar Pike və 2 oğlu ilə istirahətə gedib.
Reportyor.info xəbər verir ki, Maldivdə dincələn sənətçi sosial şəbəkədə öz dizayn etdiyi çimərlik geyimində fotosunu paylaşaraq bunları yazıb:
“Bu geyimin dizaynını mən etmişəm, dostum Beqo isə hazırlayıb. Hər zaman yay üçün öz çimərlik geyimimi yaratmaq istəmişəm”.